t s

» » Tamara Rustamova Tənha Bulud Şəhid anası

Tamara Rustamova Tənha Bulud Şəhid anası

13-05-2018, 12:28 Yazar:  user1 Baxılıb: 186 Çap et
ŞƏHİD ANASI
Cənnətin yerini soruşdum səndən,
Ya Rabbi! dedin ki, çox yaxındadır.
Baxdım ətrafıma, gördüm bir körpə
Yatıb ...anasının qucağındadır.

Ananın gözünə sataşdı gözüm,
Gözündən məhəbbət yağlrdı , Allah!
Qayğıyla, həsrətlə ,heyran baxışla
Ana balasına baxırdı , Allah!

Sıxıb körpəsini köksünə ana...
Kim bilir qəlbində nə arzular var.
Deyir ki ,böyüsün, toy edim ona,
Bürüyür qəlbini şirin duyğular.

Qatlaşıb o min cür əziyyətlərə,
Böyüdüb Vətənə bir igid verər.
Sonra yola salar onu əsgərə,
Bircə balasını o, şəhid verər.

Utanıram səndən şəhid anası,
Yeməyə-içməyə utanıram mən.
Baxıb gözlərində sonsuz kədərə,
Yanından keçməyə utanıram mən.

Qurbanam saçının o ağ rənginə,
Qəlbi qubar ana, qəlbi dağ ana!
Balasıyla birgə səngərə girən,
Birgə şəhid olan üzü ağ ana! Tənha Bulud
Tamara Rustamova Tənha Bulud  Şəhid anası




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
19:26 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti Bir neçə başqa işinə görə həm də mənimlə görüşmək üçün Bakıya gəlirdi öz maşını ilə. Həm də sükan arxasında özü oturduğunu söylədi. Üzünə deməsəm də o durumda maşın sürə bilməsi mənə qəribə gəldi baş leytenantın. Düşündüm ki, neçə ola bilər, ayaq o vəziyyətdə, əl elə.... və adam Qazaxdan Bakıya
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
23:51 Ana 7 həftəlik körpəsini bu hala saldı Xüsusi bir proqramla uşağının makiyajla necə göründüyünü bilmək istəyən ananın etdikləri hər kəsi şoka salıb. Mediaxeberleri.az xəbər verir ki, ana 7 həftəlik körpəsini müxtəlif növ makiyaj edib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az