t s

» » İcra başçısının Qarabağ qazisini qanına qəltan edən qoçuları- VİDEO+FOTO

İcra başçısının Qarabağ qazisini qanına qəltan edən qoçuları- VİDEO+FOTO

13-05-2018, 08:31 Yazar:  Eldar Baxılıb: 967 Çap et
İcra başçısının Qarabağ qazisini qanına qəltan edən qoçuları- VİDEO+FOTO
Abşeron başçısının Qarabağ əlilinin qanını tökən qoçularının görüntüləri Abşeron rayonunun Fatmayı qəsəbəsində Qarabağ müharibəsi veteranını pul vermədiyi üçün döyüb qanına qəltan edən qoçulardan birinin kimliyi məlum olub.

Mediaxeberleri.az
xəbər verir ki, qoçular tərəfindən döyülən və üzləşdiyi qanunsuzluğa etiraz olaraq tikdiyi evə od vurub yandıran Fuad Əkbərov həmin şəxslərdən birinin mobil telefonla çəkilmiş fotosunu criminal.az-a təqdim edib. O, hadisənin necə baş verdiyini danışıb: Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən müsavat.com-a təkzib məktubu göndərilib. Məktubda deyilir: "11 may 2018-ci il tarixində Abşeron rayonu Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əkbərov Fuad Mübariz oğlu rayonun Fatmai kəndi ərazisində yerləşən və içərisində yaşayış olmayan bir mərtəbəli yeni tikilini qabaqcadan hazırlanmış və təxribat, təhdid xarakteri daşıyan video çəkmək məqsədi ilə yandırmışdır.

Qeyd etmək istərdik ki, Fuad Ələkbərov Fatmai kəndi ərazisində əmlak alqı-satqısı ilə məşğul olur. Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Fuad Ələkbərovun məlum videoda iddia etdiyi kimi, söküntü işləri aparmır və ondan hər hansı bir vəsait tələb olunmayıb. Üstəlik, ona qarşı hər hansı bir fiziki təzyiq göstərilməyib. F.Ələkbərov özünün bizə məlum olmayan məqsədləri üçün əvvəlcədən planlaşdırıb, hazırladığı ssenari üzrə addım ataraq internet televiziyasının nümayəndəsini tikilməkdə olan sözügedən mənzilə çağırmış və xüsusi hazırlanmış nitqi ilə video çəkiliş aparmışdır. Hazırda Abşeron rayon prokurorluğunda cinayət işi başlanılmış və istintaq aparılır”."Mən 2014-cü ildən o evdə yaşayırdım, bütün sənədlərim də qaydasında idi, o cümlədən evin "kupça”sı da var. Qəfildən baxdım ki, evin qabağında ekskovator dayandı və bir dəstə mülki geyimli üstümə hücum çəkdi. Dedilər ya pul ver, ya evini sökürük. Dedim pul verməyəcəm, əvvəla rüşvət verməyə pulum yoxdur, ikincisi mən bu evi qanuni tikmişəm, bütün sənədlərim də var. Sənədlərə filana məhəl qoymadılar. Məni 3 uşağımın gözü qarşısında döyüb bu hala saldılar”, - Fuad Əkbərov deyir.
F.Əkbərov onu döyən qoçuların hamısını tanıdığını deyir, dediyinə görə yaxınlıqdakılar şəkillərini də çəkiblər. O, başına gələnlərə etiraz olaraq özünü öldürmək istəyib, imkan verməyiblər, amma evə od vurmağa imkan tapıb. Xəstəxanaya müraciət edən Əkbərovda orta ağır xəsarətlər qeydə alınıb.

Yenidən Criminal.az saytı F.Əkbərovla əlaqə saxlayıb. O, barəsində cinayət işinin başlandığını təkzib etsə də, dövlət idarəsində izahat yazdığını bildirib. Daha sonra isə onun telefonuna zəng çatmayıb.

İcra başçısının Qarabağ qazisini qanına qəltan edən qoçuları- VİDEO+FOTO
İcra başçısının Qarabağ qazisini qanına qəltan edən qoçuları- VİDEO+FOTO








www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az