t s

» » Azərbaycanlı nazir AFFA-nın tribunalından ayrıldı

Azərbaycanlı nazir AFFA-nın tribunalından ayrıldı

11-05-2018, 14:56 Yazar:  user1 Baxılıb: 72 Çap et
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Mediaxəbərləri Oxu.Az a istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqa klublarının əvəzedici komandaları arasında keçirilən çempionat davam etdirilsin. 2018/2019 mövsümündən etibarən əvəzedici komandanın oyunu əsas komandanın oyunundan bir gün əvvəl keçirilsin.

Premyer Liqasda gənc futbolçularla bağlı limit aşağıdakı qaydada tətbiq olunsun: 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-1999-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunsun.

AFFA-nın baş katibliyi I Divizionla bağlı İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etsin.

AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri Muxtar Babayevin istefası qəbul olunsun. AFFA-nın növbəti Konfransına qədər Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.

İclasda Azərbaycan milli komandası barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənilib. Lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olunub.

Qeyd edək ki, Muxtar Babayev ötən ay Ekologiya və Təbii Sərvətlər naziri təyin olunub. Bu üzdən o bir həftə əvvəl üzvü olduğu “Sumqayıt”ın Müşahidə Şurasından da azad edilib.Azərbaycanlı nazir AFFA-nın tribunalından ayrıldı

.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:44 Ağstafada ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO+VİDEO “Ağstafa rayonu İcra hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi. Mediaxeberleri.az-ın məlumatına görə, Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikası
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
23:39 Kamal Quliyev: ''Əlimdən gələni edəcəm ki, “Neftçala” dağılsın'' "I diviziona belə komanda lazım deyil. Bu komanda I diviziondan doyub. Nə qədər eyni komandalarla oynamaq olar? Guya Premyer Liqada 10 komandanın olmağı yaxşıdır? Bunlar bir-birilə qarşılaşmaqdan bezmirlər? Bölgələrdə də futbol yaratsalar, nə olar ki?" “Neftçala” klubunun baş məşqçisi Kamal
23:53 Azərbaycanda “İlin məşqçisi” məlum oldu! "Komanda" qəzeti fəaliyyət göstərdiyi müddətdə ilin məşqçisini də müəyyənləşdirirdi. Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, "Komanda.az" saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az