t s

» » Düşmənlə həmsərhəd kənddə yeni məktəb binası istifadəyə verildi - Ağstafada

Düşmənlə həmsərhəd kənddə yeni məktəb binası istifadəyə verildi - Ağstafada

10-05-2018, 23:08 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 126 Çap et
Düşmənlə həmsərhəd kənddə yeni məktəb binası istifadəyə verildi - Ağstafada
Bu gün Ağstafa rayonunun düşmənlə təmas xəttində yerləşən Köhnəqışlaq kəndində ən müasir tələblərə uyğun yeni inşa olunmuş 108 şagird yerlik tam orta məktəb binası istifadəyə verildi. Bu münasibətlə məktəbin həyətində geniş tədbir keçirildiş.

Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mehafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissələrin komandirləri, kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı bu münasibətlə hər kəsi təbrik etdi. Qeyd olundu ki, məktəb binasının istifadəyə verilməsi günü, ulu öndərimiz Heydər Əliyevin doğum tarixi ilə bir günə təsadüf etməsi bütün ağstafalılar üçün iki qat bayram deməkdir. Ulu Öndərimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün cəbhə bölgəsində yaşayan əhalimizə xüsusi diqqət və qayğı ilə yanaşılır. Onların sosial rifahlarının yüksəlməsi istiqamətində zəruri tədbirlər icra olunur. Sosial layihələr həyata keçirilir, müasir inzibati binalar inşa olunur, içməli su təminatları yaxşılaşdırılır, avtomobil yolları əsaslı təmir olunur, yeni körpülər inşa olunur, fasiləsiz elektrik enerjisi, təbii qaz verilişləri daim nəzrətdə saxlanılır, əlamətdar günlərdə bayram sovqatları paylanılır, şagirdlərə pulsuz məktəbli geyimləri və dərs lavazimatları hədiyyə olunur. Bu dövlət dəstəyini Köhnışlaq kəndinin timsalında açıq-aşkar görmək mümkündür. Hər bir kəsin yaxşı yadındadır ki, bu yaxınlarda rayonunun cəbhə bölgəsində yerləşən dörd yaşayış məntəqəsini əhatə edən və uzunluğu 24 kilometr olan Vurğun-Köhnəqışlaq avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu gün isə ən müasir tələblərə cavab verən Köhnəqışlaq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi qeyd olunur. Bu bütün ağstafalılara göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Sonra Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov çıxış edərək son dövrdə rayonumuzun təhsil sahəsində əldə olunmuş nəaliyyətlər və qazanılmış uğurlar barədə məlumat verdi.

Düşmənlə həmsərhəd kənddə yeni məktəb binası istifadəyə verildi - Ağstafada


Təhsil Şöbəsinin müdiri Kamran Abbasov, qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi elm və təhsil ənənələrini yeni dövrün tələblərinə uyğun zənginləşdirdiyini göstərir. Məhz möhtərəm Prezidentimizin qayğısı nəticəsində məktəblərdə təhsilin səviyyəsi yüksəlmiş, müəllim və şagirdlər üçün maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Tədbirdə çıxış edən məktəbin müəllimləri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri son dövrlərdə Ağstafada məktəblər üçün inşa olunan yeni binalara, rayon təhsilinin maddi-texniki bazasının gücləndirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.

Çıxışlardan sonra rayon İcra hakimiyyətinin başçısı şəhidin həyat yoldaşı Güllü Qasımova ilə birlikdə yeni məktəbin açılışını ifadə edən qırmızı lenti kəsdilər.

Düşmənlə həmsərhəd kənddə yeni məktəb binası istifadəyə verildi - Ağstafada


Tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış oldular. Binanın inşası zamanı coğrafi mövqey baxımından təhlükəsizlik amilləri tam nəzərə alınmışdır. İki mərtəbəli məktəb binasında xarici dil və informatika dərsləri kabinetləri müvafiq proqram təminatlı kompüter avadanlıqları ilə təchiz edilib, əyani vəsaitlər quraşdırılmış fənn laboratoriyaları yaradılıb, eləcə də idman və akt zalları, kitabxana, sinif və inzibati otaqlar da ən müasir inventarlarla təchiz olunmuşdur. Bina fərdi qazanxana tipli istilik sistemi ilə təmin olunmuşdur. Həyətində açıq tipli idman meydançası yaradılmış, ətraf tamami ilə abadılaşdırılmışdır.

Düşmənlə həmsərhəd kənddə yeni məktəb binası istifadəyə verildi - Ağstafada
Düşmənlə həmsərhəd kənddə yeni məktəb binası istifadəyə verildi - Ağstafada




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
16:35 Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik” Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.
10:21 Prezident Nizami rayonunudakı məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub Bakının Nizami rayonundakı 109 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Diqqətə çatdırılıb ki, 109 nömrəli tam orta məktəbin binası

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az