t s

» » "Azərbaycan millisi bundan artığına qadirdir" - Prosineçki

"Azərbaycan millisi bundan artığına qadirdir" - Prosineçki

29-03-2015, 01:29 Yazar:  Məmməd Məmmədov Baxılıb: 567 Çap et
"Azərbaycan millisi bundan artığına qadirdir" - Prosineçki“Oyundan razı qaldım. Komanda əlindən gələni etdi. Ancaq bundan yaxşı çıxış edə bilərdik. Azərbaycan millisi bundan artığına qadirdir”.

Bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki “Avro-2016”nın seçmə mərhələsində Malta üzərində qələbədən (2:0) sonra deyib.

-Komandamız hesabı açandan sonra hücumun kəsəri azaldı. Niyə Məhəmməd Qurbanovu oyuna buraxıb onun necə hücumçu olduğunu Azərbaycan xalqına göstərmədiniz?

-Rəqib beş müdafiəçi ilə oynayır. Mənim öz futbol fəlsəfəm var. Daha yaxşısını mən bilərəm. Namiq Ələsgərovun zədələnməyi planlarımızı pozdu. Ancaq hücum xəttindən razı qaldım.

- Yığmamız sanki qorxurdu. Bu geri çəkilmənin səbədi nə idi?

- Sözsüz ki, psixoliji təzyiq var idi. Çünki əvvəlki dörd oyunda komandamız uduzub. Təbii ki, 90 dəqiqə hücum etmək də olmaz. Bəli, səhvlərimiz oldu. Ancaq nəzərə almalıyıq ki, üç futbolçu ilk dəfə idi ki, millidə rəsmi oyuna çıxdı.

- Razısızmı bu gün millimizdə ən zəif Arif Daşdəmirovla Əfran İsmayılov idi?

- Sizinlə razı deyiləm. Bəli, onlar top itkilərinə yol verdilər. Əfranın böyük potensialı var. Bundan sonra daha yaxşı oyunlarını görəcəyik. Bu gün klublarında çox oynayan futbolçulara şans verdim. Ümid edirəm ki, legioner həyətı keçirən futbolçularımız da klublarında daha çox çıxış edəcək.

- Rahid Əmirquliyev hər zaman dağıdıcı oyunu ilə yadda qalıb. Bu gün isə onu fərqli ampluada gördük. Onun oyununu necə qiymətləndirirsiniz?

- Son dörd ayda Rahidin oyunlarını çox izləmişəm. O, stabil futbolçudur. Həmişə yaxşı oynayır, peşəkar futboçudur. Ondan çox razıyam.

- Maltanın ikinci hissədə belə gözəl oyun nümayiş etdirməyi sizi təəssüfləndirmədi ki?

-Bilirdim ki, Malta ilə oyun çətin olacaq. İtaliya bu komandaya çətinliklə qalib gəldi. Rəqib ikinci hissədə bizdən güclü idi. Malta istənilən komandaya çətinlik yarada bilər. /Qol.az/




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:58 Rövnəq Abdullayev qələbədən danışdı "Vacib qələbə idi. Robert Prosineçki debüt matçında qələbə qazandı. Bu, uğurun başlanğıcıdır" Trend-in məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev "Avro-2016"nın seçmə mərhələsində milli komandamızın Maltaya qalib gəldiyi oyun haqda danışarkən deyib. R.Abdullayev bildirib ki, Malta
23:06 Azərbaycan - Malta 2:0 (YENİLƏNİB) Bu gün “Avro-2016”nın seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilir. Tofiq Bəhramov adına Respublika stadionunda Maltanı qəbul edəcək millimiz baş məşqçi Robert Prosineçkinin başçılığı altında ilk rəsmi oyununa çıxıb. Turnir cədvəlinin sonunca pilləsində qərarlaşan komandamız seçmə
20:59 Azərbaycan - Malta: Yığmamızın şansı var Bu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. Fanat.az хəbər verir ki, H qrupunda mübarizə aparan Azərbaycan yığması 5-ci matçına çıхacaq. Robert Prosineçkinin rəsmi debüt matçında rəqib Malta millisi olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq
20:55 Prosineçkinin millimizdə debütü uğursuz oldu Bu gün Antalya toplanışı çərçivəsində Azərbaycan milli komandası Donetsk “Şaxtyor”u ilə yoxlama görüşü keçirib. Mediaxeberleri.az xəbər verir ki, qeyri-rəsmi xarakter daşıyan və xorvatiyalı mütəxəssis Robert Prosineçkinin millimizdə debütü olan görüşdə komandamız uduzub. Oyuna fəal başlayan
12:15 Robert Prosineçki: “Qarabağ” Azərbaycanın “Real” və “Barselona”sıdır “Azərbaycan himninin bir hissəsini öyrənməyə çalışacağam”. Azərbaycanın futbol yığmasının baş məşqçisi Robert Prosineçki “Sual zərbələri” rubrikasında azarkeşlərin 10 sualına cavab verib. Mediaxeberleri.az xəbər verir ki, suallar AFFA-nın “Facebook” sosial şəbəkəsindəki səhifəsində verilib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az