t s

» » Valeh Ələsgərov: “Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya problemləri ölkələrin müstəqil inkişafının qarşısını almaq üçün yaradılıb”

Valeh Ələsgərov: “Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya problemləri ölkələrin müstəqil inkişafının qarşısını almaq üçün yaradılıb”

7-05-2018, 17:57 Yazar:  user1 Baxılıb: 411 Çap et
Azərbaycan Dövlət Neft Şirkəti və xarici şirkətlər arasında imzalanan müqavilələr Milli Məclisdə qanun səviyyəsində qəbul edildi”.

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında iqtisadi əməkdaşlıq və enerji məsələləri mövzusunda çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib. O bildirib ki, Azərbaycan birinci müqaviləni – “Əsrin müqaviləsi”ni imzalayan zaman neft və qazın xarici bazarlara çıxarılması üçün kəmərlər yox idi: “Bu sahədə imzalanan sənədlər də qanun qüvvəsindədir. Nəticədə Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilib. Bu gün isə Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilir. Bir məqamı da qeyd edim. Mənim rəhbərlik etdiyim işçi qrup Ələt limanı yaxınlığındakı Ələt Azad Ticarət Zonası ilə bağlı bir qanun layihəsi hazırlayıb. Bu qanun layihəsi Milli Məclisdə iki oxunuşdan keçib, mayın 18-də isə üçüncü oxunuşdan keçəcək. Azad Ticarət Zonası bu qanun əsasında fəaliyyət göstərəcək. Bu zonada arbitraj qurumları fəaliyyət göstərəcək və bu arbitraj qurumlarında qəbul edilən qərarlar təkrar Azərbaycan məhkəmələrində müzakirə oluna bilməz. Bu qərar həmin azad zonanın səlahiyyətli orqanı tərəfindən icra olunmalıdır”.


V. Ələsgərov qeyd edib ki, Gürcüstanda Bakı-Supsa kəmərindən 1,5 km kənarda, Cənubi Osetiya adlanan ərazidə yurisdiksiyası məlum olmayan silahlı birləşmələr yerləşib: “Ermənistanda da dövri olaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlada biləcəkləri barədə bəyanatlar səslənir. Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və digər problemlər ölkələrin müstəqil iqtisadi inkişafının qarşısını almaq üçün yaradılıb. Bu, sərmayəçilər üçün böyük risklərdir. Biz bu münaqişələri həll etməli və bu təhlükələri açıq-aydın görməliyik”.Valeh Ələsgərov: “Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya problemləri ölkələrin müstəqil inkişafının qarşısını almaq üçün yaradılıb”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az