t s

» » Avropa çempionatında daha bir medal - VİDEO

Avropa çempionatında daha bir medal - VİDEO

29-03-2015, 01:12 Yazar:  Aygün Baxılıb: 653 Çap et
Avropa çempionatında daha bir medal - VİDEOPolşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən tarışda 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın beşinci günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

59 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli Belarus və Macarıstan idmançılarını asanlıqla üstələsə də, yarımfinalda Moldova güləşçisi ilə gərgin keçən görüşdən məğlub ayrılıb. Ancaq güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Serbiya güləşçisi üzərində inamlı qələbə qazanan Eldəniz Əzizli Avropa çempionatının bürünc medalına sahib olub.

59 kq

1/8 final: Eldəniz Əzizli - Beliak Yahor (BLR) 8:0

1/4 final: Knipli Csongor (HUN) - Eldəniz Əzizli 0:9

1/2 final: Eldəniz Əzizli - Viktor Ciobanu (MDA) 2:6

Bürünc medal görüşü: Tamaş Nadj (SRB) - Eldəniz Əzizli 1:6

71 kq

1/16 final: Mixal Kosla (POL) - Ceyhun Əliyev 4:7

1/8 final: Ceyhun Əliyev - Aleksey Kiyankin (RUS) 0:4

80 kq

1/8 final: Julius Matuzeviçius (LTU) - Tural Daşdəmirov 3:2

98 kq

1/4 final: Orxan Nuriyev - Peter Ohler (GER) 3:3*

Xatırladaq ki, çempionatın ilk dörd günündə yığmamız ümumilikdə 7 medal qazanıb. 2 gümüş (Məhəmmədhacı Xatiyev və Nurməhəmməd Hacıyev) və 2 bürünc medal (Məhəmməd Müslümov və Əli Maqomedabirov) sərbəst güləşçilərin, 1 qızıl (Alyona Kolesnik və 2 bürünc medal (Solmaz Həşimzadə və Elmira Qəmbərova) qadın güləşçilərin payına düşüb. /Fanat.az/






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:41 Azərbaycan tarixi qızıl qazandı – VİDEO İdmançımız güləş üzrə Avropa çempionu oldu. Bu günlərdə Polşada 23 yaşdan böyük olmayan idmançılar arasında keçirilən tarixdə güləş üzrə ilk Avropa çempionatının üçüncü günündə Azərbaycan ilk qızıl medalını qazanıb. Mediaxeberleri.az xəbər verir ki, medal Alyona Kolesnikin aktivindədir. O, 55
02:57 İkinci gündə daha 1 gümüş və 1 bürünc medal Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır. Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. 61 kq çəki dərəcəsində mübarizə aparan
21:28 Güləşçilərimizdən 2 medal: erməni rəqibini 12:0 yendi Azərbaycan idmançıları Polşada 23 yaşadək güləşçilər arasında keçirilən Avropa Çempionatının ilk günündə 2 medal qazanıblar Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. İlk dəfə keçirilən U-23
01:15 Güləşçilərimiz Polşaya gedir Avropa çempionatında 19-23 yaşarası idmançılar mübarizə aparacaq. Polşanın Valbrzix şəhərində martın 24-29-da güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək. Azərbaycan Güləş Federasiyasından Mediaxeberleri.az-a bildirilib ki, ilk dəfə
10:12 Xetaq Qazyumov qızıl medalı belə qazandı - VİDEO Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri start götürüb. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edir.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az