t s

» » Bakı Təhsil İdarəsindən işdən çıxarılan müəllimlə bağlı yeni AÇIQLAMA

Bakı Təhsil İdarəsindən işdən çıxarılan müəllimlə bağlı yeni AÇIQLAMA

5-05-2018, 22:59 Yazar:  Məmməd Məmmədov Baxılıb: 1185 Çap et
Bakı Təhsil İdarəsindən işdən çıxarılan müəllimlə bağlı yeni AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bir neçə gün bundan qabaq 189-190 saylı orta məktəbin 1-ci sinif şagirdinin döyülməsi faktı sosial şəbəkələrdə və mediada geniş müzakirə olunub. Məsələyə təhsil naziri Ceyhun Bayramov da şəxsən qarışıb və məktəbdə araşdırma aparılıb. Daha sonra şagirdi döyməkdə ittiham olunan müəllim Səyyarə Əliyeva işdən kənarlaşdırılıb.

Lakin qısa zaman kəsiyində şagirdin müəllim tərəfindən deyil, öz valideyni tərəfindən döyülməsini əks etdirən video yayılıb. Dünən isə ATV-də "Bizimləsən" verilişində məlum olayla bağlı yeni görüntülər məktəbli qızın valideyni tərəfindən dəfələrlə şiddətə məruz qaldığını ortaya çıxarıb. İttiham olunan müəllimə Səyyarə Əliyeva da efirə qoşularaq uşağı döymədiyini vurğulayıb.

Məsələ bundan sonra daha çox müzakirələrə səbəb olub.

Bir çoxları sosial şəbəkədə Təhsil Nazirliyini məsələni qeyri-dəqiq araşdırmaqda ittiham edib, tələsik qərara görə suçlayıb.

Belədə müəllim yenidən işə qaytarıla bilərmi?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi VOİCEPRESS.AZ-ın sorğusuna belə cavab verib: “189-190 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyevanın işdən azad olunması haqqında verilmiş qərar müvafiq qanunvericiliyin tələbləri çərçivəsindədir.

Müvafiq araşdırma müəllimin iştirakı ilə həyata keçirilib və məktəbin Həmkarlar İttifaqı Komitəsində aparılan müzakirə, eləcə də muəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq, yekun qərar qəbul edilib”.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:17 Bu məktəblərin hər birinə 10 min manat veriləcək – SİYAHI Azərbaycan Prezidentinin İlham Əliyev 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, 2014/2015-ci tədris ilində
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az