t s

» » Millimiz Avropa çempionatında daha iki medal qazandı

Millimiz Avropa çempionatında daha iki medal qazandı

5-05-2018, 08:38 Yazar:  Məmməd Məmmədov Baxılıb: 185 Çap et
Millimiz Avropa çempionatında daha iki medal qazandı
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Mediaxeberleri.az
xəbər verir ki, dördüncü yarış günündə 53, 57, 62, 65 və 72 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz yarış gününü 1 gümüş və 1 bürünc medalla tamamlayıb.

57 kq-da mübarizə aparan Alyona Kolesnik ilk görüşündə Türkiyə, ikinci görüşündə ötən ilin Avropa çempionu olan Norveç idmançısını tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Güləşçimizin rəqibi Rusiya təmsilçisi olub.

Minimal fərqlə uduzan Alyona Kolesnik bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Belarus idmançısına 36 saniyə ərzində tam üstünlüklə qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb.

65 kq-da yarışan Elis Manolova isə macar və çex rəqiblərini mübarizədən kənarlaşdırıb və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda rəqib İsveç idmançısı olub.

Rəqibə heç bir şans verməyən Elis finala yüksəlib. Finalda onun rəqibi Finlandiya təmsilçisi Petra Olli olub. Gərgin keçən görüşdə uduzan Elis Manolova çempionatın gümüş medalına yiyələnib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:10 Güləşçimiz dünya çempionu oldu Tbilisidə yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, çempionatın ikinci günündə - sentyabrın 14-də 42, 46, 69, 76 və 85 kiloqram çəkidə yunan-Roma güləşçiləri yarışıblar. Güləşçilərimiz günü 1 qızıl, 2 gümüş və 1 bürünc medalla
21:29 Güləşçilərmiz erməni rəqiblərini məğlub etdi - VIDEO İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk gün güləşçilərimiz üçün uğurlu sayıla bilər. Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə
10:52 Güləşçilərimiz 3 medal qazandılar İlk yarış günündə. Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. Mediaxeberleri.az xəbər verir ki, ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ilk yarış gününü 1 gümüş və 2 bürünc medalla başa
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
21:28 Güləşçilərimizdən 2 medal: erməni rəqibini 12:0 yendi Azərbaycan idmançıları Polşada 23 yaşadək güləşçilər arasında keçirilən Avropa Çempionatının ilk günündə 2 medal qazanıblar Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. İlk dəfə keçirilən U-23

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az