t s

» » 1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olundu - AĞSTAFADA

1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olundu - AĞSTAFADA

1-05-2018, 22:07 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 356 Çap et
1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olundu - AĞSTAFADA
Bağçada uşaqların qidalanmasına xüsusi diqqət yetirilir.

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bağçanın fəaliyyəti, burdakı uşaqların təlim-tərbiyyəsi ilə yerində tanış olmaq məqsədilə körpələr evində olub.

Mediaxeberleri.az xəbər verir ki, icra hakimiyyətindən verilən məlumata görə, ikimərtəbəli körpələr evində uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb.

Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar yaradılıb, uşaqların istirahəti üçün geniş imkanlar mövcuddur. Bağçada uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Bağçada uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.

Əlavə məlumat üçün bildirək ki, Dövlət Proqramı çərçivəsində bu uşaq bağçası üçün inşa olunmuş yeni binanın açılışı 06 avqust 2013-cü il tarixdə olmuşdur. İki mərtəbəli və ümum sahəsi 9,0 min kv. metr olan binada 1 körpələr, 1 kiçik, 2 orta, 1 məktəbə hazırlıq və 1 böyük olmaqla 6 qrup fəaliyyət göstərir. Uşaq bağçasının 6 yataq, 6 oyun , 12 geyim və 7 sanitar qovşaq otaqları, 1 mətbəx, 1 böyük yeməkxana, 3 böyük dəhlizi, 9 inzibati, 1 müdir, 1 təsərrüfat və 1 tibb bacısı otaqları vardır. Binanın həmçinin ən yüksək standartlara cavab verən çamaşırxanası, qazanxanası və su anbarı da mövcuddur.

1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olundu - AĞSTAFADA
1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olundu - AĞSTAFADA
1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olundu - AĞSTAFADA
1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olundu - AĞSTAFADA
1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olundu - AĞSTAFADA




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:35 Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik” Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait
20:57 100 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - QAZAXDA Bəlkə də bu gün yeni istifadəyə verilən Qazax şəhərindəki körpələr evi və uşaq bağçası qərb bölgəsində ilk dəfə və birincidir. Rayon icra hakimiyyətinin başçısı, rayonda yeni-yeni iş yerlərinin açılmasında, tikinti və quruculuq işlərinin sürətlə və davamlı aparılmasında birbaşa yüksək əməyi olan
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az