t s

» » Qaraçuxurun axundunu qara qüvvələr işləməyə niyə qoymur ?!.

Qaraçuxurun axundunu qara qüvvələr işləməyə niyə qoymur ?!.

30-04-2018, 23:14 Yazar:  memmed memmedov Baxılıb: 187 Çap et
Son zamanlar Qaraçuxur məscidinin dini icması və məscidin axund-imamı haqda yazılan şantaj, böhtan və qarayaxma kompaniyası ilə bağlı yenidən "sonolay.info" saytında yazı gedib. Keçən dəfəki yazımızda adı hallanan məscidlə bağlı araşdırma apardığımızı qeyd etmişdik. Məscidin icma üzvləri, axund və digər dindarlarla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışmışdıq. Nəticədə məlum olmuşdu ki, axund Seyid İlyas haqqında adı çəkilən saytda yazılanlar dezinformasiya xarakterli yalan məlumatlardır.

Yenidən eyni xarakterli yazının yayınlanması, guya axundun radikal dindarlarla yaxınlığı, Qafqaz Müsəlmanları İdarəsinin sədri cənab Şeyxulislam həzrlətlərinin onun və həmin idarənin şöbə müdiri Hacı Əlirzanın vasitəsi ilə "araksəməyə salınıb aldadılaraq saxta sənədə imza çəkdirilməsi" kimi kobud ifadələrlə cızma-qara tipli məlumatın dərc edilməsi təkrar bu məsələyə qayıtmağa bir növ bizi məcbur etdi.

Belə ki, qeyd olunan yazıda guya axundun kəfən biznesi ilə məşğul olduğu deyilir. Biz bu dəfə daha ətraflı araşdırma apararaq aydınlıq gətirdik ki, axund qətiyyən məsciddə qanunsuz işlərlə məşğul olmur. Əksinə o həm Qafqaz Müsəlmanları İdarəsinin, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi işçisi, imamı və icma sədridir. Kifayət qədər nüfuz və hörmətə sahibdir. O heç də yazıda qələmə verildiyi kimi məsciddə qaz vurub-qazan doldurmur, kəfən biznesi ilə, nəzir pullarını yeməklə məşğul olmur. Sadə və adi həyat keçirən axund Seyid İlyas hələ də Bakı şəhərində çoxuşaqlı külfəti ilə kirayədə yaşayır.

Yazıda deyilir ki, guya məscidə verilən xalçaların hesabı düz aparılmır, guya axund icma sənədlərini saxtalaşdırıb xəstəliyini gizlətdirmək üçün hətta QMİ və DQİDK nin işçilərini "aldadıb" və ya 7000 manatdan "keçməli" olub. Guya axund özünə yaxın adamların adını "mürdəşir" yazdıraraq pul mənimsəyir, kəfənləri qısaldır və Ayətullah Vəhid Xorasaninin fətvalarına inanır... Necə də bəsit və gülməli "ittihamlar" deyilmi?
Əvvəla qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi hansısa məscidə rəhbər-icma sədri təyin edərkən qanunvericilikdə nəzərdə tutulan bütün tələbləri nəzərə alır, necə deyərlər "yüz ölçüb-bir biçir. Təyin olunan şəxsin təhsili, səhhəti, həmin məsciddəki nüfuzu və dindarlar-icma üzvləri tərəfindən qəbul edilməsi kimi məsələlər nəzərə alınır. Attestasiya Komissiyasının rəyinə əsasən həmin şəxs məscidə imam təyin olunur. Araşdırmalar zamanı məlum oldu ki, Hacı İlyas da bu mərhələlərdən üzü ağ çıxaraq sözü gedən məscidə təyinat alıb. Hazırda da həmin idarələrin rəhbərliyi və nəzarəti altında normal fəaliyyət göstərir. Məsciddə bütün hallara aidiyyatı dövlət qurumlarının nəzaərət etməsi də açıq hiss olunurdu. Hər kəsin məsciddən və rəhbərliyindən razılığı ifadə olunurdu.

Məsciddə yeyinti və digər mənfi halların olması açkar edilməyib. Axundun normal, ziyalı din xadimi olmasını sorğu zamanı icma üzvləri və məscid əhli təsdiqləyirlər. Həmçinin özünün qeyd etdiyinə görə o, hər zaman dövlətimizi, bayrağımızı, dövlət maraqlarımızı hər şeydən uca tutur və xalqımızın xidmətində dayanaraq milli ənənələrimizə sadiq qalır. Sadəcə, onun barəsində yazılan bu şər-böhtan xarakterli qarayaxmalara təəssüf etdiyini bildirərək, bunun bəzi təxribatçılar və gözü götürməyənlər tərəfindən edildiyini qeyd etdi.

Axund Seyid İlyas yazılanların heç bir əsası olmadığını qeyd etdi. Həmçinin məsciddə fəaliyyət göstərən digər icma üzvləri də bu yazıların Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə qara yaxmaq üçün edildiyini qeyd etdilər. Çünki cızma-qarada adı çəkilərək guya saxtakarlıq etməkdə ittiham olunan hacı Əlirza və Anar bəy adlı şəxslər məhz bu idarələrin əməkdaşlarıdırlar. Axun İlyas Nəzərovun haqqında yazılanların dezinformasiya olması, hətta böhtan xarakterli olması, yazını yayınlayan saytın qarşı tərəfin mövqeyini işıqlandırmaqdan imtina etməsi bu yazıların subyektiv, qərəzli mənbədən qaynaqlandığını bir daha sübut edir ki, bu da Azərbaycan Respublikasının müvafiq qanunlarına görə məsuliyyət yaradır. Həmçinin yazıda yol verilən təhqirlərə , jurnalist etikasına xələl gətirildiyinə görə də əlavə məsuliyyət və qınaq yaradır.
Qaraçuxurun axundunu qara qüvvələr işləməyə niyə qoymur ?!.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:04 Şeyxə və onun işçisinə qarşı nahaq ittihamları kim(lər) yazdırır? ARAŞDIRMA Mediaxeberleri.az xəbər verir ki, son zamanlar Qafqaz Müsəlmanları İdarəsinin və bu idarənin təyin etdiyi bəzi ziyalı, savadlı imamlar (axundlar) barədə bəzi saytlarda şər-böhtan xarakterli yalan məlumatlar istinadı olmadan dərc olunur. Bu "yazılardan" daha doğrusu cızma-qaralardan biri də Qafqaz
07:45 Dövlət müşavirindən məscidin sökülməsinə - Reaksiya Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Azərtac-a müsahibə verib. Mediaxeberleri.az
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az