t s

» » Cüdoçumuz qızıl medal qazandı

Cüdoçumuz qızıl medal qazandı

29-03-2015, 00:28 Yazar:  Aygün Baxılıb: 710 Çap et
Cüdoçumuz qızıl medal qazandıSamsun şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışları keçirilir

Azərbaycan cüdoçusu Rüstəm Orucov qızıl medal qazanıb.

Türkiyənin Samsun şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışlarının ikinci günündə - martın 28-də milli komandamızın üzvü Rüstəm Orucov (73 kq) Çin, İsveç, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərindən olan rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə yerli idmançıya qalib gələn cüdoçumuz beynəlxalq Qran-pri yarışlarının qızıl medalına sahib olub.

Turnirin ilk günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Orxan Səfərov gümüş medal qazanmışdı.

Qeyd edək ki, iki medalla Azərbaycan millisi ümumi komanda hesabında üçüncü pillədə qərarlaşıb. Özbəkistan millisi birinci, Hollandiya yığması isə ikinci yerdədir.

Turnirə martın 29-da yekun vurulacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:57 İkinci gündə daha 1 gümüş və 1 bürünc medal Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır. Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. 61 kq çəki dərəcəsində mübarizə aparan
22:42 Cüdoçumuz Tbilisidə qələbəni bayram etdi Tbilisidə cüdo üzrə nüfuzlu Qran-prinin ikinci günündə Azərbaycan yığması daha bir medal qazanıb. Mediaxeberleri.az xəbər verir ki, qızıl medalı 73 kq-dək çəki kateqoriyasında çıxış edən Rüstəm Orucov qazanıb. Finala gedən yolda o, Belarus, İtaliya, Ukrayna, Gürcüstandan olan rəqiblərinə qalib
10:12 Xetaq Qazyumov qızıl medalı belə qazandı - VİDEO Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri start götürüb. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edir.
21:30 İdmançımız qızıl medal qazandı - Dünya kuboku Gəncəli paralimpiyaçı Ramil Qasımov cüdo üzrə müxtəlif səviyyəli yarışlarda uğurları sıralamaqda davam edir. Qasımovun növbəti xoş sorağı Macarıstandan gəlib. Yığmanın heyətində yer alan paralimpiyaçı Eyger şəhərində keçirilən Dünya Kubokunda qızıl medala layiq görülüb. Ramil çıxış etdiyi 73 kq
23:33 Qadın güləşçimizdən inamlı qələbə Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə, qadın güləşi üzrə yığma komandamız turnirdən tam heyətlə iştirak edib. Güləşçilərimiz

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az