t s

» » Nenad Laloviç: Azərbaycan qədim güləş ənənələrinə malik bir ölkədir

Nenad Laloviç: Azərbaycan qədim güləş ənənələrinə malik bir ölkədir

29-04-2018, 21:22 Yazar:  Gülnar Baxılıb: 111 Çap et
Nenad Laloviç: Azərbaycan qədim güləş ənənələrinə malik bir ölkədir
Xəbər verdiyimiz kimi, Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç ölkəmizdə səfərdədir.

Oxu.Az xəbər verir ki, səfər çərçivəsində qonaq yığma komandalarımızın təlim-məşq bazası – Olimpiya Güləş Mərkəzində (OGM) olub.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov DGB prezidentinə Olimpiya Güləş Mərkəzi və burda yaradılan şərait barədə məlumat verib. Firdovsi Umudov bildirib ki, OGM daim idmançılara dəstək göstərən dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin həyata keçirdiyi idman siyasətinin tərkib hissəsidir. Dünyanın ən böyük təlim-məşq bazalarından biri olan OGM-də yerləşdirilmiş 14 güləş xalçasında eyni zamanda hər üç güləş komandasının məşq etmək imkanı var. OGM idmançıların hazırlıq prosesi üçün bütün lazımi infrastrukturla, məşq ləvazimatları, trenajorlarla təchiz olunub. 2012-ci ildən etibarən Azərbaycan güləş yığma komandaları ilə yanaşı, dünyanın aparıcı güləş ölkələrinin komandaları da burda təlim-məşq toplanışları keçir.

DGB-nin prezidenti Nenad Laloviç idmançıların beynəlxalq arenada əldə etdiyi nailiyyətlərin kökündə yüksək hazırlıq şəraitinin olduğunu və bu baxımdan Azərbaycan güləşçilərinin şanslı olduğunu deyib:

“Azərbaycan Güləş Federasiyasının belə bir təlim-məşq bazasına sahib olması Dünya Güləş Birliyi olaraq bizi çox məmnun edir. Azərbaycan qədim güləş ənənələrinə malik bir ölkədir. Ölkənizdə idmana, xüsusən güləşə böyük maraq var. Biz Azərbaycan Güləş Federasiyasının Dünya Güləş Birliyindəki mövqeyini yüksək qiymətləndiririk. Güləşçilərinizin daim yüksək əyarlı medallara iddialı olması məhz ölkə rəhbərliyi və federasiya tərəfindən yaradılan şəraitdən qaynaqlanır”.

Nenad Laloviç: Azərbaycan qədim güləş ənənələrinə malik bir ölkədir


Məlumat üçün bildirək ki, ölkəmizdə səfərdə olan Nenad Laloviç sabah Rusiya Federasiyasının Kaspiysk şəhərində start götürəcək güləş üzrə böyüklər arasında Avropa çempionatına yola düşəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
23:06 Azərbaycanın Olimpiya yığmasının ümumilikdə 18 medal əldə etməsi çox gözəl nəticədir Firdovsi Umudov: Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib Müsahibimiz Azərbaycanın sərbəst
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
01:10 Avropaya inteqrasiyanı xalqımızın inkişafı tələb edir – VİDEO Aprelin 15-də Milli Şura Beynəlxalq Mətbuat mərkəzində “Azərbaycan-Avropa Birliyi münasibətləri“ movzusunda dəyirmi masa təşkil edib. Saat 12:00-da başlayan və iki saat davam edən tədbirdə tanınmış ictimai-siyasi xadimlər iştirak edib. Tədbirdə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az