t s

» » Fal həqiqətdirmi ? İlahiyyatçı açıqladı

Fal həqiqətdirmi ? İlahiyyatçı açıqladı

28-04-2018, 09:29 Yazar:  memmed memmedov Baxılıb: 45 Çap et
Falçılıq qədim zamanlardan dəbdə olub, hətta bəzi hökmdarlar saraylarında falçılar, kahinlər saxlayıblar. Lakin İslam dini falın hər növünü haram sayır və qadağan edir, bu işlə məşğul olanlara ağır cəzalar rəva görür. Quranda açıq-aşkar falçılıq və sehrbazlıq yasaqlanıb. Peyğəmbər də falla məşğul olanları lənətləyib. Ancaq bir sıra mollalar, ruhanilər bəzi bölgələrdə dua yazıb kitab açırlar.

mediaxeberleri.az xəbər verir ki, İlahiyyatçı Tural İrfan “Cümhuriyət” qəzetinin son günlər yenidən aktual olan mövzu ilə bağlı suallarını cavablandırıb. Odur ki, həmin yazını sizə təqdim edirik.

- İslamda fal icazəlidirmi?
- Təəssüf ki, pul qazanmaq üçün insanları dini alətə çeviriblər. Bəli, şahid oluruq ki, din adamları da bu işlə məşğul olur bəzən. Biz gərək falçılıqla bəzi başqa halal qaydaları qarışdırmayaq. Məsələn, İslamda istixarə deyilən bir sorğu metodu var. İnsan tərəddüd etdiyi bir işdə namaz qılır, dua edir ki, Allah bu iki yolun hansının uyğun olduğunu ona əyan etsin. Bu da yuxu zamanı əyan olur. Bu bir növü Allahla məsləhətləşməkdir. Hətta son dövrlərdə bu yolu Quran nüsxəsini açmaqla da edirlər. Hər hansı bir niyyət tutub kitab açılır, əgər əzab, qadağa, cəhənnəmdən bəhs edən ayələr sağ tərəfdə gələrsə, bu işin tərk edilməsi məsləhətdir.
Yox, əgər cənnət ayələri, rəhmət ayələri çıxarsa, görüləcək işin yaxşı və məsləhətli olmasını bildirir. Lakin bu metodun peyğəmbərdən sağlam dəlillərlə gəlib çatması dəqiq deyil. Çünki peyğəmbər zamanında Quran kitab halında deyildi. Daşa, ağaca, qoyunun kürək sümüyünə və.s yazılı idi. Əksər molla dediyimiz kimsələrin "baxdığı" qayda budur. Lakin bir çoxları bu işə fal növlərini də əlavə ediblər. Baxdırmağa gedən ərəbcə bilmədiyindən mollanın açdığı hər kitabı "Quran" zənn edərək ona inanır.

- Falda həqiqət varmı, yoxsa hər şey uydurmadır?
- Fal kök etibarı ilə bir elmdir. Çoxlu növləri var. Hətta bəzi ölkələrdə bu işlə geniş araşdırmalar aparılır və istifadə olunur. İslamdan əvvəl ərəblər də falın "rəml", " cifr", "əbcəd" növlərindən geniş istifadə edirdilər. Falın həqiqəti vardır. Müəyyən metodlarla gələcəyin müəyyən hissəsini və sair bəzi məsələləri bilmək mümkündür. Ancaq bizdə belə peşəkarlar yoxdur. Əksəriyyəti dələduz və şarlatandır. İslam dininə görə gələcəkdən xəbər vermək və insanlara məxsus gizli faktları araşdırmaq haramdır. Sirlər gizli qalmalıdır.

- Sizcə, ölkəmizdə falçılıqla məşğul olanlar və fala inananlar çoxdurmu?
- Bəli, sovetlər birliyi ləğv olandan sonra kifayət qədər falçılar da artıb, fala inananlar da. Fala meyil etmək şeytan əməlidir. Bir gedən insan bir də getməyə həvəsiyir. Falçının dediyi məlumatları da baxdıran heç cürə yalan, ya da doğru olduğunu araşdıra bilmir, nəticədə onun dediklərinə inanmağa bir növü məcbur olur. Sosial və ailə problemləri də insanları falçılara meyilləndirir. Hər yerdən, məhkəmə ədalətindən əli üzülən insanlar bəzən problemlərinin həllini cadugərlərdə və falçılarda arayırlar. Bir var həqiqi peşəkar falçılar, bir də var heç nə bilməyib dələduzluq edənlər. Bacaran falçılar olsa, yenə dərd yarıdır, indi dələduzlar daha çox artıb. Qanunvericilikdə mütləq bu məsələyə dair müddəa olmalıdır.

- Cadugərlə falçının, sehrbazla cindarın fərqləri nədədir?
- Cadugər müəyyən əşya və vasitələrlə, əsasən qurd yağı deyilən maddə ilə bəd işlər görəndir. Yəni, ailə dağıdan, xəstələndirən, dava-dalaş yaradan və sair. Bunların elmi əsasları da var. Əgər qurd yağı deyilən tərkibi toksinlərlə zəngin mənfi qoxulu vasitə kiminsə qapısının dəstəyinə sürtülürsə, o da qapını açarkən fərqinə varmadan əlini həmin yağa bulayaraq digərləri ilə görüşərsə, paltarına toxundurarsa, həmin şəxsdə və ailəsində gərginlik, psixoloji tərsləşmə, dava-dalaş abı-havası yaranır. Hətta qoxular, ətirlər də cadulayıcı təsirə malikdir. İnsanlar müxtəlif ətirlər vurarkən fərqli əhval-ruhiyyədə ola bilirlər. Tilsim rəqəmlərlə icra edilən koda salmadır. Onun da çox növləri var. Ölkəmizdə bu sahəni bilən inanmıram olsun. Falçı isə adətən, yalnız məlumat vermə işlərinə baxan olur. Kartla, kofe, çay, düymə və zərlə, hətta rəqəmlərlə fal növləri mövcuddur.

- Ekstrasenslərin və falçıların artdığı bir dönəmdə nəyi tövsiyə edərdiniz?
- Əvvəla, falla məşğul olan və onun yanına gedənin günahı eynidir. Hətta hədislərdə var ki, fala gedənin 40 gün namazı qəbul olmaz. Falçılıq haram və ən böyük günahlardandır. İnsanlar çəkinməlidirlər, iki xüsusa görə: dinimizdə yasaq olduğu üçün və ölkəmizdə falçılıq edənlərin dələduz və yalançı olduqları üçün. Qabaqlar bəzi televiziya verilişlərinə çıxarılan bəzi ekstrasenslər guya uzaq məsafədə gizlədilmiş əşyanı tapmaq kimi illüziyalarla xalqı aldadırdılar.

- İndi haradadır, o özündən deyənlər ki, qışda itən alpinistlərin iz-tozundan bir xəbər verələr?
Fal həqiqətdirmi ? İlahiyyatçı açıqladı

- Bunlar hamısı illüziyadır, təxəyyül və hipnozdur. Ekstrasenslərə qətiyyən inanmaq olmaz. Zirəddin kimi insanlar nə üçün itən alpinistləri tapmadılar? Ümumiyyətlə, hesab edirəm ki, falçıların və falçılıq adı altında dələduzluqla məşğul olanların barəsində qanun qəbul edilməlidir. Hətta onlara müraciət edənlərə də məsuliyyət növü nəzərdə tutulmalıdır.
medixeberleri.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az