t s

» » ADR–100: Müstəqilliyin ildönümü

ADR–100: Müstəqilliyin ildönümü

28-04-2018, 08:44 Yazar:  Gülnar Baxılıb: 86 Çap et
ADR–100: Müstəqilliyin ildönümü
Azərbaycanın xarici sərhədlərində hər şey sükunətdən uzaq idi. 1919-cu il mayın 17-18-də Denikinin silahlı ordusu Xasav-Yurd bölgəsinə daxil oldu.

Dağlılar Respublikası hökumətinin bir çox görkəmli xadimi Azərbaycana köçdü. Bunun nəticəsində mayın sonunda artıq Dağıstan könüllü ordunun idarəsinə keçdi.

Sərhədlərdəki qeyri-müəyyən vəziyyətlə əlaqədar olaraq, hökumət ingilislərlə uzun müddət idi ki, danışıqlar aparırdı. Hökuməti qəzəbləndirən əsas məsələ Denikinin Dərbəndin işğal olunmasından sonra göndərdiyi teleqram oldu:

“Biz Azərbaycanı Rusiyanın tərkib hissəsi hesab edirik. Rusiyada Ali Hakimiyyətin bərpasından əvvəl biz Azərbaycana müstəqilliyini təmin etməyə imkan veririk”.

Mayın 7-də Tomsonla söhbəti zamanı Yusifbəyli Denikinin planlarından xəbərsiz olduğunu və silahlıların dövləti təhdid etdiyini dedi. Onun fikrincə, Dağlılar Respublikası dağıldıqdan sonra Dağıstan Azərbaycana birləşdirilməli idi.

Məsələ ilə bağlı danışan Azərbaycanın Dağlılar Respublikasındakı nümayəndəsi Əbdülrəhim bəy Haqverdiyev mayın 9-da bəyan etdi ki, hətta çeçenlər Dağıstanın Azərbaycana birləşdirilməsinin tərəfdarıdır. Ancaq mayın 9-da Denikinin Dağlılar Respublikasını işğal etməsi ilə məsələ qapadıldı.

Yeri gəlmişkən, bundan sonra Böyük Britaniya regiondan çıxdığını elan etdi. Paris Sülh Konfransı çərçivəsində İtaliya dəfələrlə müharibədən kiçik qazancla çıxdığı ilə bağlı narazılıqlar səsləndirdi. Buna görə ingilislər onlara Zaqafqaziyada mandat təklif etdilər.

Mayın 9-da verilən qərara əsasən, general Tomson Qafqazdan geri çəkildi. Onu general Diqbi Şattlvort əvəz etdi. Şattlvort regiondakı ingilis qüvvələrinə rəhbərlik etməli idi.

Tomson getməzdən əvvəl bildirdi ki, ingilis ordusunu bölgədə italyanlar əvəz edəcək. Və maraqlısı budur ki, ingilislərin bölgəni tərk etməməsinə baxmayaraq, 1919-cu il mayın 15-də şahzadə Savoyski Bakıya səfər etdi.

Onun ardınca 22 mayda polkovnik Melxior Qabbanın rəhbərliyi ilə italyan hərbi missiyası gəldi. İtaliyanın Parisdəki nümayəndəsi qraf Sadino bəyan etdi ki, İtaliyanın Qafqazda yalnız iqtisadi məqsədləri var, mandatlardan yerli sakinlərin icazəsi ilə istifadə edəcək və Zaqafqaziyaya yaxın 3-5 ildə gəlməyəcək. Ancaq İtaliya heç vaxt Zaqafqaziyada döyüşməyəcək.

Azərbaycanın cənub-qərbində yerləşən Naxçıvanda da vəziyyət gərgin idi. Təxminən mayın 5-də ingilis general Devi bura gələrək, Naxçıvan və Şərur sakinləri ilə görüşdü. O, sakinlərin Ermənistan hökumətinə tabe olmasının vacibliyini bildirdi. Ancaq yerli camaat bu təklifi qəbul etmədi.

Xarici ilə yanaşı, bir sıra daxili münaqişələr də baş verirdi. Daxili münaqişələr müxtəlif xüsusiyyətlərə malik idi. Belə ki, “Hümmət” partiyası mayda keçirdiyi konfransında bəyan etdi ki, hazırkı parlament kəndlilərin və işçilərin maraqlarını təmin etmir.

Digər tərəfdən, proletariatın büyük hissəsini təşkil edən neftçilər maliyyələşmə problemi ilə üzləşmişdilər. Neft sahibkarları bildirirdilər ki, neftin satılmaması ilə bağlı heç nə edə bilmirlər. Buna görə işçilər Astraxana neft ixracının bərpa olunmasını tələb edirdilər.

Mayın 1-də işçilərin şəhərin mərkəzindən ingilis hərbi missiyasının qərargahınadək yürüşü oldu.

A.Mikonyanın sözlərinə görə, 1919-cu il mayın 1-də baş verən hadisələr şəhər sakinlərində bolşeviklərin gəldiyi təəssüratını yaratdı. Növbəti gün bolşeviklər ümumi tətil haqqında qərar qəbul etdilər.

Onlar Bakı Fəhlə Konfransı tətil komitəsinin yaradılmasına nail oldular. Komitəyə bolşeviklər Qubanov, Mikoyan və Sturua, menşeviklər Karayev və Çurayev daxil idi.

Hadisələr qızışdı və 1919-cu il mayın 5-də Azərbaycan Daxili İşlər Nazirliyi bəyanat yaydı:

“İşçilərin tətili siyasi elan edilməli, baş nazirə fəaliyyət üçün tam sərbəstlik verilməli, təşkilatçılar həbs edilməli və Azərbaycan sərhədlərindən kənara çıxarılmalıdır. Onların işi Azərbaycan dövlətçiliyinin təməllərinə qarşı yönəldilmiş hesab olunub”.

Buna baxmayaraq, 1919-cu il mayın 6-da Bakıda ümumi tətil elan edildi. İşçilər arasında heç bir birlik yox idi. Dəmiryol işçiləri siyasi tətilə qoşulmayacaqlarını açıqladılar.

Vəziyyət hələ də yaxşı deyildi. Buna görə Əmək Nazirliyi mayın 8-də danışıqlara başlamağı təklif etdi. Tərəflər nazirliyin qarşısında görüş təşkil etdilər. Görüşdə Bakı Fəhlə Konfransının üzvləri, neft sahibləri, parlament deputatları və ingilislərin nümayəndəsi Uolton iştirak etdi.

Neft sahibkarları deyirdilər ki, əgər Astraxana neft ixracı bərpa edilməsə, heç bir kollektiv razılaşmadan söhbət gedə bilməz. Uzun danışıqlara baxmayaraq, tərəflər heç bir razılaşmaya gələ bilmədilər. Bu zaman Biləcəridən olan bəzi işçilər dəmiryolunun hərəkətinə mane olmaq üçün relsləri çıxarmağı və yolları partlatmağı təklif etdilər.

Bununla əlaqədar Qafqazdakı ordunun komandiri, general Q.F.Milliya əmr verdi ki, bu cür hücumlar törədən şəxslər hərbi məhkəməyə veriləcək və ölüm hökmü alacaq.

Bunun nəticəsində mayın 9-dan başlayaraq, ingilislər və parlament tərəfindən dəstəklənən hökumət həbslərə başladı. 43 fəal həbs edildi. Bir neçə gün ərzində bu rəqəm 200-ə çatdı. Buna görə Bakı Fəhlə Konfransı tələblərinin çoxundan imtina etməli oldu.

Yeganə qüvvədə qalan tələb isə həbs olunanların azadlığa buraxılması idi. Mayın 13-də hökumət bu tələbi qəbul etdi və siyasi tətillər vaxtı həbs olunanlar azadlığa buraxıldı. Tətil təşkilatçılarını isə ingilislərə təhvil verdi. Ancaq onlardan biri olan A.Mikoyan başqa soyadla onların arasında qaça bildi.

Tətillərdən bir müddət öncə, daha doğrusu, aprel ayında Azərbaycan ordusu Bakıda yerləşdirildi. Hadisələr vaxtı polislərə təhlükəsizliyi təmin etməkdə hərbçilər də yardım edirdi.

Çoxsaylı fərmanlara və qərarlara baxmayaraq, polislə ordu arasında qarşılıqlı əlaqələr yox idi. Nəticədə polisə mənəvi dəstək vermək üçün çağırılan hərbçilər əhalidən silahları yığmağa başladı. Bu isə ciddi narazılıqlara səbəb oldu. DİN səlahiyyətlərini aşmaqda ittiham olundu. Məsələyə hökumət rəhbəri də narazılıqla yanaşırdı.

Münaqişələr aqrar sahədə də özünü göstərirdi. Qatır Məmməddən başqa, yeni kəndli hərəkatları yaradılırdı. Bununla yanaşı, kəndlilər özəl torpaqları zəbt etməyə başladılar. Parlamentin aqrar məsələlərə baxmaqdan imtina etməsi, münaqişəni daha da qızışdırdı. Bundan başqa, məlumatlarda həmin dövrdə Azərbaycanda 50 mindən çox erməni qaçqının olduğu deyilirdi.

Bunlar iqtisadiyyata təsirsiz ötüşə bilməzdi. Buna görə mayın 16-dan ticarətlə bağlı ölkə daxilində müxtəlif məhdudiyyətlər barədə bütün qərarları ləğv etmək qərara alındı və həmin gündən sərbəst ticarət elan edildi.

Maarif sahəsində mühüm hadisələrdən biri yeni əlifbanın yaradılması haqqında qərar oldu. 1919-cu il mayın 18-də Məlik Aslanovun rəhbərliyi ilə müvafiq komissiyanın yaradılmasına qərar verildi.

May ölkənin təhsil sistemi üçün vacib ay idi. Qərardan üç gün sonra universitet komissiyasının ilk iclası keçirildi. İclasda bildirildi ki, hökumət universitetin yaradılması üçün vəsaitləri əsirgəməyəcək. Bundan sonra qısamüddətli pedaqoji kurslar yaradılmağa başlandı.

Qazax kurslarında 20-dək müsəlman qadın təhsil alırdı. Deputat Səməd Ağa Ağamalıoğlu deyirdi ki, ən faydalı iş hazırda burada gedir.

Eyni zamanda, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qərar qəbul edildi.

Tədbirlər ayı başa çatdı. Birincisi, Yelenendorf koloniyasının rəhbəri mayın 28-də koloniyanın yaradılmasının 100 illiyini qeyd etməklə bağlı müraciət etdi və müsbət cavab aldı.

Növbəti günün səhəri bütün qəzetlərin bayram nömrələri çap edildi. Hökumət rəhbəri N.Yusifbəyli yazırdı:

“Azərbaycanın müstəqilliyi tamamlanmış faktdır”.

O əmin idi ki, Sülh Konfransının yekunlarında ölkənin müstəqilliyi tanınacaq.

Daha sonra Bakıda müstəqilliyin elan olunmasının ildönümünə həsr edilmiş təntənəli tədbirlər keçirildi. Tədbirlərin əsas təşkilatçılardan biri də Üzeyir Hacıbəyli idi. Şahidlərin sözlərinə görə, bütün Bakı dövlət bayraqları və rəmzləri ilə bəzədilmişdi.

Səhərdən başlayaraq, mərkəzi küçələr “Yaşasın Azərbaycan”, “Yaşasın istiqlal” şüarları səsləndirən insanlarla dolu idi. Şəhərin müxtəlif yerlərində tədbirlər keçirilirdi.

Saat 13:00-da Bakı qarnizonu qoşunlarının paradı keçirildi. Paradı qoşunların komandanı, general Səməd bəy Mehmandarov qəbul edirdi. Paradda parlament və Nazirlər Kabinetinin bütün üzvləri iştirak edirdi.

Yeri gəlmişkən, Azərbaycan nümayəndə heyəti Paris Sülh danışıqlarında müəyyən nailiyyətlər əldə etdi. İldönümü günü onlar öz memorandumlarını bütün iştirakçılara təqdim etdilər və ABŞ prezidenti Vudro Vilsonla görüşdülər. Vilson Zaqafqaziyada federasiya yaradılmasını təklif etdi.

Məhəmməd Əmin Rəsulzadə
(1884-1955)

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də, Bakının Novxanı qəsəbəsində, molla ailəsində doğulub. İlk təhsilini Sultan Məcid Qənizadənin rəhbərlik etdiyi rus-tatar məktəbində alıb.


Məktəbi bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. 1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə “Müsəlman Gənclik Təşkilatı”nı yaradıb. Bu zaman o, artıq ictimai fəal kimi tanınırdı.

1904-cü ildə Məhəmməd ağa Şahtaxtinskinin “Şərqi-Rus” qəzetində təmiz ana dilinə həsr edilmiş ilk məqaləsi yayımlanıb. Həmin il Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və digərləri ilə birlikdə “Hümmət” sosial-demokrat təşkilatını yaradıb. Daha sonra bu təşkilat Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının müsəlman bölməsinə çevrilib. Həmin dövrdə RSDFP-nın Bakı təşkilatını bolşeviklər dəstəkləyirdilər.

Burada o, partiya qəzetinin redaktoru olub. Redaktorluğu dönəmində o, müsəlmanlar arasındakı ən yaxşı publisistlərdən birinə çevrilib. Onun yazıları “İrşad”, “Tərəqqi” və digər qəzetlərdə yayımlanıb.

Birinci rus inqilabı zamanı bolşeviklərin tərəfində çıxış edib, bütün tədbirlərin fəal iştirakçısı olubb. 1906-cı ildə öldürülən Xanlar Səfərəliyevin dəfn mərasimində çıxış edib.

İnqilabdan sonra – 1908-ci ildə həbs təhlükəsi ilə əlaqədar Bakıdan İrana köçüb. Təbrizdə keçirilən inqilab yürüşlərinin fəal iştirakçısı olub. Həmin vaxt Demokratik Partiyanın “İrani-nou” və “İrani-Ahat” qəzetlərinin redaktoru olub.

Bu qəzetlər sözügedən dövrdə İranda xüsusi populyarlıq qazanmışdı. Hətta bəziləri M.Ə.Rəzulzadəni İranın müasir publisisti hesab edirdilər.

1911-ci ildə İranda inqilab yatırıldıqdan sonra o, Türkiyəyə köçməyə məcbur olub. Burada pantürkistlər Əli bəy Hüseynzadə, Yusif bəy Akçuralı, Ziya Göyalp və digərləri ilə tanış olub. “Türk ocağı” təşkilatının fəaliyyətində iştirak edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunub və M.Ə.Rəsulzadə vətənə qayıda bilib.

1912-ci ildə Rəsulzadə hələ İstanbulda olarkən, əmisi oğlu ona Bakıda “Müsavat” partiyasının yaradıldığını xəbərini verib. Bakıya qayıtdıqda isə o, faktiki olaraq partiya rəhbəri olub.

1915-ci ildə o, “Açıq söz” qəzetini yaradıb. Qəzet qısa müddətdə Azərbaycan və Bakıda müsəlmanlar arasında xüsusi populyarlıq qazanıb. Qəzetdə müsəlmanların hüquq və azadlıqları ilə bağlı yazılar dərc edilib.

Fevral inqilabından sonra o, “Müsavat” partiyasının Bakı şöhbəsinin rəhbəri olub və Müsəlman Milli Komitəsinin yaradılmasında yaxından iştirak edib. O, Rusiyada federal sistemin yaradılmasını dəstəkləyib.

“Müsavat” partiyasının iyunda keçirdiyi ilk qurultayında Mərkəzi Komitənin sədri seçilib. Partiya öz qurultayında Rusiyada federativ respublikanın milli-ərazi muxtariyyəti prinsipləri üzərində qurulmasını tələb edən proqramını qəbul edib.

1917-ci ilin sonunda o, Rusiya Təsis Yığıncağının üzvü seçilib. Bununla əlaqədar Rəsulzadə Bakı Şurasının iclasında fraksiya rəhbəri kimi iştirak edib.

1918-ci ildə o, Zaqafqaziya Seyminin üzvü olur. Orada müsəlman fraksiyası birliyinin sədri seçilir. Türkiyə ilə sülh danışıqlarında və mayda keçirilən Zaqafqaziya konstitusiyasının hazırlanmasında aktiv iştirak edir.

Türkiyə ilə aparılan danışıqlara görə Azərbaycan müstəqillik elan etdiyi zaman Milli Məclisin iclasında iştirak edə bilmir. 1918-ci ilin noyabrında Bakıya qayıtdıqdan sonra Azərbaycan Milli Məclisinin sədri olur və parlamentin çağırılması ilə bağlı qərar qəbul edir.

O, ADR dövründə ölkənin ən nüfuzlu şəxslərindən biri olub. Parlamentin bütün iclaslarında fəal iştirak edib və qanunvericilik təşəbbüsü ilə dəfələrlə çıxış edib. Eyni zamanda, Rəsulzadə qəzetlərdə yazdığı məqalələrində ölkənin müstəqilliyinin və digər mühüm müddəaların zəruriliyini əsaslandırıb.

Sovet işğalından sonra Bakını tərk edib və Lahıca gedib. Bir neçə gündən sonra satqınlıq nəticəsində burada həbs olunub. Ancaq tezliklə Stalin təşəbbüsü ilə azadlığa buraxılıb.

Stalin Rəsulzadənin Azərbaycanda qalmasının yenidən azadlıq hərəkatına təkan verəcəyini düşünərək, onu özü ilə Moskvaya aparır. Ancaq o, 1922-ci ildə Finlandiyaya qaçır, oradan isə Türkiyəyə gedir.

Mühacirətdə olduğu müddətdə aktiv ictimai fəaliyyətlə məşğul olur, Azərbaycanda yaradılmış gizli təşkilatlarla əlaqələr qurur, “Yeni Qafqasya” qəzeti və “Odlu yurd” jurnallarını nəşr etdirir. 1931-ci ildə Polşaya, 1940-cı ildə Rumıniyaya köçür.

İkinci Dünya Müharibəsi illərində Rəsulzadə Azərbaycan milli hərəkatının liderlərindən biri kimi Azərbaycan legionunun yaradılması üçün dəvət alır. 1942-ci ilin yazında Rəsulzadə Azərbaycan mühacirətinin digər üzvləri ilə birlikdə danışıqlar üçün Berlinə gedir.

Həmin ilin yayında uzun sürən danışıqlardan sonra o, Almaniyada Azərbaycan nümayəndəliyinin rəhbəri olur. Bu zaman o, gələcəkdə Azərbaycan da daxil olmaqla, Cənubi Qafqaz Respublikalarının sovet işğalından azad edilməsi və müstəqilliyinin Almaniya tərəfindən rəsmi tanınması üçün israr edir.

Ancaq Almaniya hökuməti bu məsələdə çox ehtiyatla davranırdı. Bu səbəbdən 1942-ci ilin sonunda Rəsulzadə Almaniyanı tərk edir.

Mühacirət illərində yaradıcılıqla mütəmadi olaraq məşğul olur. O, 1955-ci il martın 6-da Ankarada vəfat edir və Əsri qəbiristanlığında dəfn edilir.

Siyasi fəaliyyətlə yanaşı, o, ədəbiyyatla da məşğul olurdu. 1908-ci ildə onun “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı “Nagəhan bəla” adlı pyesi də var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az