t s

» » Vikipediyada Kəlbəcərdə baş vermiş “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb

Vikipediyada Kəlbəcərdə baş vermiş “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb

19-04-2018, 22:27 Yazar:  Gülnar Baxılıb: 78 Çap et
Vikipediyada Kəlbəcərdə baş vermiş “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Kəlbəcər rayonunda ermənilər tərəfindən törədilmiş “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb.

Mediaxeberleri.az
xəbər verir ki, məqalədə 25 il bundan əvvəl Kəlbəcər rayonunun işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğınlar haqqında faktlar təqdim olunub. 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcərin Başlıbel kəndində ermənilər tərəfindən törədilmiş vəhşiliklər və mühasirəyə düşən 73 kənd sakininin faciəvi aqibəti təsvir olunub. Faciə ilə bağlı 2017-ci ildə Azərbaycan və ingilis dillərində “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” adlı kitab nəşr olunub. Kitabda ermənilərin Başlıbel kəndində törətdiyi qırğının canlı şahidlərinin fikirləri yer alıb, həmçinin, mühasirədə qalan uşaqların, qocaların və qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri qeyd edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:46 AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana müstəqil elmi mərkəzə çevrilir” - Video AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirib. Hesabat yığıncağını AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli açıb. Mediaxeberleri.az xəbər verir ki, akademik İsa Həbibbəyli kitabxana fəaliyyətinin geniş spektrdə təmsil
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az