t s

» » ABŞ Suriyanı niyə vurduğunu açıqladı

ABŞ Suriyanı niyə vurduğunu açıqladı

14-04-2018, 10:17 Yazar:  Gülnar Baxılıb: 83 Çap et
ABŞ Suriyanı niyə vurduğunu açıqladı
ABŞ Əsəd rejiminin Dumada kimyəvi silah istifadə etdiyinə “əmin” olduğunu açıqlayıb.

Ağ Ev sözçüsü Sara Sanders bildirib ki, keçən həftəsonu Dumada dinc əhaliyə qarşı təşkil edilən hücumun Əsəd rejimi tərəfindən həyata keçirildiyindən əmindirlər.

“Rusiyanın Suriyaya əngəl olmaması da problemin bir parçasıdır”.

Ağ Evin hücumla bağlı yaydığı məlumatlar isə qısaca belədir:

“ABŞ Suriya rejiminin 7 aprel 2018-ci ildə Dumada onlarla uşaq, qadın və kişini öldürən, yüzlərlə insanın yaralanmasına səbəb olan hücumda kimyəvi silahdan istifadə edildiyindən əmindir.

Bu nəticəyə hücuma dair xəbərlər, qurbanlarda müşahidə olunan simptomlar, hücumdan sonra iki kimyəvi bombanın görüntüsü olan video və fotoşəkillər, Suriya əsgərləri arasında koordinasiyanı göstərən etibarlı məlumatlar sayəsində gəlinib.

Məlumat ların çoxu Dumadakı bombardmanda rejimin xlor qazı istifadə etdiyini göstərdiyi halda, rejiminj eyni zamanda sarin qazı istifadə etdiyini göstərən dəlillər var.

Bu, fərdi bir hadisə deyil. Suriya rejiminin kimyəvi silah proqramını sonlandırdığını elan etdikdən sonra da ondan istifadə etdiyini göstərən faktlar mövcuddur.

7 apreldə hadisə şahidləri Dumada spesifik Mi-8 helikopteri gördüklərini bildiriblər. Bu helikopter rejimin Dumayr hava bazasından qalxıb. Şahidlər bildirib ki, helikopter bir neçə bomba atıblar. Rejim ölkədəki müharibə müddətində bu taktikadan çox istifadı edib. Onlar fərq qoymadan, bütün dincə əhalinin məhvinə çalışırlar.

Dumaya atılan bombalar rejimin əvvəl atdıqları kimyəvi silahlarla eynidir. Xlorin tərkibli olduğu müəyyənləşdirilən kimyəvi maddənin koordinasiyasında Suriya ordusuna məxsus şəxslər yer alıb.

Həkimlər və sağlıq quruluşları hücumdan sonra kəskin xlor qazı qoxusu təsbit ediblər.

Rusiya Əsəd rejiminə səssiz qalmaqla bərabər, İngiltərədə sui-qəsd təşəbbüsündə kimyəvi maddədən istifadə edib, bununla göstərib ki, kimyəvi silahlarla bağlı tabuya hörməti yoxdur”.Oxu.Az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az