t s

» » Ağstafada Avropa texnologiyası ilə işləyəcək daha bir müəssisənin tikintisi başa çatmaq üzrədir

Ağstafada Avropa texnologiyası ilə işləyəcək daha bir müəssisənin tikintisi başa çatmaq üzrədir

12-04-2018, 22:56 Yazar:  Gülnar Baxılıb: 67 Çap et
Ağstafada Avropa texnologiyası ilə işləyəcək daha bir müəssisənin tikintisi başa çatmaq üzrədir
Bu nəhəng müəssisənin inşasına üç il əvvəl, 2015-ci ilin martında başlanılıb.

Söhbət Ağstafa “Aqroservis” MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatından gedir. Kombinatın istehsal gücü saatda 1 ton çörək istehsal edəcək zavoddan, 30 min ton taxıl, 2 min ton un rezervuarlardan ibarətdir. Burada mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyektləri də fəaliyyət göstərəcək. Hazırda bu binaların tikintisi sürətlə davam edir. Müasir standartlara uyğun 140 yerlik yeraltı avtomobil dayanacağı da inşa olunub. Ümumi sahəsi 2 min kvadratmetr olacaq “fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək.

Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunur. Layihənin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir. Burada inşa olunan taxıl dəyirmanının istehsal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaq. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq. Bu dəyirmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək ki, bu da həm unun keyfiyyətli olmasına şərait yaradacaq, həm də vaxt və məhsul itkisinin qarşısını alacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan yem istehsal ediləcəkdir.

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu günlərdə kombinatın inşa olunduğu əraziyə gəlmiş, tikintinin gedişi ilə yaxından tanış olmuş, problemlərlə maraqlanmış, öz tövsiyələrini vermişdir. Tezliklə günü- gündən inkişaf edən Ağstafanın xəritəsinə daha bir nəhəng müəssisənin adı düşəcək.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
16:35 Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik” Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait
08:42 Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının tikintisi sürətlə davam edir “Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşasına 2015-ci ilin martında başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19.10.2016-cı il tarixdə Ağstafa rayonuna səfəri çərçivəsində “Ağstafa Aqroservis” MMC-nin
09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az