t s

» » Prezident seçkiləri ilə bağlı BMAM-in BƏYANATI (+FOTOLAR)

Prezident seçkiləri ilə bağlı BMAM-in BƏYANATI (+FOTOLAR)

11-04-2018, 21:49 Yazar:  Gülnar Baxılıb: 226 Çap et
Prezident seçkiləri ilə bağlı BMAM-in BƏYANATI (+FOTOLAR)
Azərbaycanda 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkiləri ilə bağlı
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM)
BƏYANATI



11 aprel Azərbaycan Respublikasının Prezidentinin seçkiləri Ölkə qanunvericiliyi və beynəlxalq normalara uyğun keçirilmişdir. BMAM-ın Müşahidə Missiyası seçki günü Bakı şəhəri və regionlar da daxil olmaqla 50-dən artıq seçki dairəsi və 200-ə yaxın seçki məntəqəsində müşahidələr aparıb. Müşahidə aparılan məntəqələr Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, səhər saat 08:00-da seçiciləri qəbul etməyə başlamışdır. Axşam saat 19:00-da səsvermə başa çatmışdır. Müşahidə Missiyamız olduqları seçki məntəqələrində səsvermənin yekunlarını, habelə səslərin sayılması prosesini yaxından izləmiş və heç bir qanun pozuntusu faktı qeydə almamışdır.
Məntəqələrdə prezidentliyə namizədlərin vəkillərinə, müşahidəçilərinə və məşvərətçi səs hüquqlu məntəqə seçki komissiyalarının üzvlərinə normal və maneəsiz şərait yaradılmışdır. Eləcə də mətbuatın səsvermə prosesini izləməsi zamanı hər hansı problem qeydə alınmamışdır. Həmçinin, müşahidə aparılan məntəqələrin əksəriyyətində exit-pollun keçirilməsi qeydə alınmışdır.
Məntəqələr üzrə gün ərzində yüksək seçici fəallığı müşahidə edilmiş, həmçinin xarici müşahidəçilər geniş heyətdə seçkiləri izləmişlər. Müşhidəçilərimizin olduğu ən ucqar seçki məntəqələrində belə yüksək seçici fəallığı qeydə alınıb. Dairə və məntəqələrdə yerli və beynəlxalq müşahidəçilər fəaliyyətlərini sərbəst qurmuş, gün ərzində seçki prosesini yaxından izləmişlər. Həmçinin, müstəqil müşahidəçilərin gün ərzində apardıqları monitorinqlər kifayət sayda çox olmuşdur.
Müşahidələrə əsasən deyə bilərik ki, prezident seçkiləri zamanı heç bir qanun pozuntusu baş verməmişdir. Seçkinin Azərbaycan Respublikasının Seçki Məcəlləsi və beynəlxalq normalara uyğunluğu yüksək səviyyədə təmin edilmişdir. İntensiv olaraq apardığımız müşahidələr bu seçkilərin demokratik cəmiyyət quruculuğu yolunda növbəti mühüm addım olduğunu göstərir. Bu seçkilərdə seçki texnologiyalarının tətbiqi imkanları daha da genişləndirilmiş, seçici hüquqlarını məhdudlaşdıra biləcək bütün digər hallar aradan qaldırılmışdır.
Beləliklə də, apardığımız müşahidələr göstərdi ki, 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkisi azad,demokratik və şəffaf, eyni zamanda beynəlxalq seçki prosedurlarına uyğun şəraitdə keçirilmişdir.


BMAM İdarə Heyəti
Bakı şəhəri, 11 aprel 2018-ci il


Prezident seçkiləri ilə bağlı BMAM-in BƏYANATI (+FOTOLAR)
Prezident seçkiləri ilə bağlı BMAM-in BƏYANATI (+FOTOLAR)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az