t s

» » Anfisa Zinyəddin: "Qardələn"

Anfisa Zinyəddin: "Qardələn"

6-04-2018, 22:27 Yazar:  Gülnarə İsrafil Baxılıb: 60 Çap et
Anfisa Zinyəddin: "Qardələn"
(hekayə)

Meşənin yaxınlığında üzü yuxarı kəndimizə doğru gedirdim. Rayon mərkəzindən axrıncı növbə avtobusa gecikdiyim üçün kəndə ayaqla getmək məcburiyyətində qalmışdım.
...Şər qarışırdı. Həzin əsən külək saçlarımda daraq olub, saçlarımı darayırdı elə bil . Üzü aşağı yol boyu axan sulara ayaqqabılarım dabanına qədər batmışdı. Ayaqqabım bir az köhnə olduğundan ehtiyyat edə- edə, ayağımı yerə basırdım ki, su içinə dolmasın. Gedirdim, meşənin düz qıarağı ilə. Sərçələrin civiltisi, uzaqdan görünən kənddən gələn itlərin hürüşməsi ətrafda qəribə bir avaz yaratmışdı. Hələ tam əriməmiş qarın altından göy rəngdə çiçəklər başını qaldırmışdı. Anamı xatırladım. Uşaqlıqda anamın doğum günündə meşədən bu çiçəklərdən dərib gətirmişdim anama. Qış günəşi şüalarını izləməyi sevərdik.

... Hərdən Səriyəyə deyərdim ki, Səriyə, bax beləcə arxaya baxmadan bu meşənin lap dərinliyinə gözdən itənəcən gedək əl-ələ. Səriyə bu istəyimə belə cavab vermişdi: -Mən açıqlığı, düzənliyi sevirəm, hər şey göz önümdə olsun.
Elə bu düşüncələrlə başımı qaldırmışdım ki, qarşımda kol dibində qardələn çiçəyini gördüm .Ətrafdaki bütün təbiətə sanki meydan oxuyurdu. Sevgilisini gözləyən gəlin kimi bəzənmişdi. Çox xoşbəxt görsənirdilər. Təzə döyüşdən çıxmış əsgərlər kimi yan- yana düzlənmiş, sanki qarlı qışdan sonra bahara qovuşmağa can atırdı.
…Mən də onun görüşünə gedirdim..,sevdiyimin. …Sevirdim onu!
… Bir qardələn çiçəyini əyildim dərdim, ovucumun içində gizlətdim, sevgilim üçün... Dedim, ona deyəcəyəm ki, sən də bax bu qardələn kimi sevgində cəsarətli ol. Axı qardələn çiçəyi günəşə sevgisindən, qarları dəlib çıxmışdı. Vallah, hərdən fikirləşirəm ki, təbiətə baxıb götürəcəyimiz hələ çox şeylər var. Sadəcə, bunu düşünməmiz və görməmiz yetər.
Həyat gözəldir: gözəlliyi duyunca, baxınca…
Bu düşüncələr, fikirlər içində gəlib kəndə catırdım, gördüm bəzi evlərdən işıq gəlirdi, elektrik işığı. İşıq yanmayan evlərə baxıb yenə dodaqlarıma gülüş qondu, uşaqlığım yadıma düşdü. Anam işığı hələ hava qaralmamış yandıranda mən işığı söndürərdim, deyərdim ki, ana, pulu çox yazir axi... Anam alnımdan öpər, mənim ağıllı balam, deyərdi... Elə bu kəlməyə görə əslində belə edərdim ki, anamı ağıllı olmağımla sevindirim…Dönüb lap düzənlikdə dərəni adlayıb kənd yoluna çıxmaq istəyəndə isə kolun dibindəki, bir birinə meydan oxuyan boynu bükük bənövşə gülləri gözümə dəydi. Sanki əl -ələ tutub rəqs edirdilər. Əyildim. Bu çiçəklərin işini çox sevirdim… Eləmədim tənbəllik, dərdim. Ovucumda gizlənmiş qardələn çiçəyi isə hərəkətimə sanki qisqandi …Bir əlimdə qardələn çiçəyi, bir əlimdə isə bənövşə dəstəsi... Evdə, ocağımda məni gözləyən Səriyəni düşündüm.
…Evimə yaxınlaşmağıma çox az qalmışdı. Bilirdim... bilirdim ki… bu çiçəklər əlimdə qapını açıb içəri girdiyimdə Səriyə çox sevinəcək.
…Sevinəcək ki, mən ona keçmişini, xatirələrini gətirmişdim…Axı insana qalan duyğuları və xatirələridi. Duyğular və xatirələr içində sevgimə çatdım.
Artıq hava qaralmışdı. Elə evimin işığı da mən qapıdan içəri girənə bir az qalmış yandı…Həyətdəki alabaş isə meni görüb sevindiyindən quyruğunu bulayaraq mənə tərəf gəldi və ayaqlarıma dolanaraq düz qapıya kimi məni ötürdü…Qapını isə her zaman olduğu kimi uşaqlıq illərimdən sevib seçdiyim... bir ömür boyu bərabər yaşadığımız Səriyə açdı.
Səriyə…




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az