t s

» » Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq etdi

Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq etdi

2-04-2018, 22:34 Yazar:  Gülnar Baxılıb: 83 Çap et
Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq etdi
Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi (Gıda, Tarım ve Hayvancılık Bakanlığı) Türkiyə ərazisində istehsal olunan qida məhsulları ilə bağlı araşdırma aparıb.

Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən Qaynarinfo-ya verilən məlumata görə, aparılan araşdırmaya əsasən, 173 istehsalçıya məxsus 282 adda məhsulda tərkibində insan həyatı və sağlamlığı üçün təhlükə yarada bilən, etiketlənməsində qeyd olunmayan qida və qida əlavələri aşkarlanıb.

Agentlik həmin məhsulların siyahısına baxış keçirib və Türkiyədən Azərbaycana ixracı ehtimal olunan 119 adda istehsalçıya məxsus məhsulların siyahısını hazırlayıb.

Siyahıda qeyd olunan qida məhsullarının 17 növü ət və ət məhsullarına, 40 növü süd və süd məhsullarına,15 növü bal məhsullarına, 40 növü bitki yağlarına, 1 növü çay məhsuluna 1 növü ədviyyat məhsuluna, 4 növü şokolad məhsuluna, 4 növü spirtsiz içkilərə, 1 növü enerji içkilərinə, 13 növü isə qida əlavələrinə aiddir.

Agentlik yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətlərinə müvafiq sorğular göndərib.

QTA əhalini siyahıda yer alan qida məhsullarını almamağa çağırır. Agentlik vətəndaşların nəzərinə çatdırır ki, bu qida məhsulları ilə rastlaşdıqda həmin qida məhsullarının nümunəsini və qida məhsulunun əldə olunduğu satış nöqtəsinin adı və ünvanı daxil olmaqla, Agentliyin (012) 377-00-77 telefon nömrəsinə zəng vurmaqla, yaxud rəsmi müraciət etməklə bildirsinlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:02 Naşı məmurlar əhalini xarici məhsullara möhtac qoyub – Nazirliyin proqnozları özünü doğrultmur Dünya bazarında neftin qiymətinin düşməsindən sonra ölkəmizdə iqtisadi böhranın yaranması qeyri-neft sektorunun inkişafını zərurətə çevirib. Xüsusən də kənd təsərrüfatının dirçəldilməsi ön plana çəkilir. Amma aqrar sahənin inkişafı üçün hər il milyonlarla vəsait ayrılsa da, ortada ciddi sayılacaq
19:12 Baytarlıq Xidmətinin şok maxinasiyası: - Azər Süleymanov bal yarmarkasını necə zəhərləyir? Ölkə rəhbərliyinin xüsusi diqqətdə saxladığı məsələlərdən biri də əhalini kənd təsərrüfatı məhsulları ilə təmin etmək, habelə süni-qiymətartımının qarşısını almaqdır. Bu məqsədilə Respublikanın rayon və şəhərlərində kənd təsərrüfatı yarmarkaları təşkil edilir. Bu yarmarkalarda Dövlət Baytarlıq
10:13 11 iyul Beynəlxalq Şokolad Günüdür - Şokalad haqqında bilmədikıləriniz.. Şokolad təkcə şirniyyat deyil, həm də şirin həyat simvoludur! Əks halda ona bir çox ölkələrdə abidə ucaltmazdılar. Mediaxeberleri.az xəbər verir ki, bəşəriyyət 11 iyul tarixini Beynəlxalq Şokolad Günü kimi bayram edir. Bu ləziz məhsula şənliklər təşkil etmək ideyası 90-cı illərin ortalarında
09:17 Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi ilə bağlı - ŞOK FAKTLAR Camal Quliyev özünün ölkənins ahibi kimi aparır? Bu məmur ölkə başçısının tapşırıqlarına əməl etmir, sahibkarlara əlavə problemlər yaradır Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) quru adı var, fəaliyyətinin nədən ibarət olması, bu qurumun hansı
08:57 Heydər Əsədovun kadrı özünü toxunulmaz hesab edir... - Dövlət Baytarlıq Nəzarəti Xidmətində özbaşınalıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarların işinə müdaxilələrin qarşısının alınmasına yönəldilmiş tədbirləri, korrubsiya qarşı barışmaz mövqeyi bir çox bu çirkaba bulaşan, “xalqıma xidmər edirəm” hay-küy salan bəzi məmurların artıq qorxulu yuxusuna çevrilsə də,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az