t s

» » Coğrafiya İnstitutu direktorun jurnalistləri təhqir etməsi ilə bağlı açıqlama yayıb

Coğrafiya İnstitutu direktorun jurnalistləri təhqir etməsi ilə bağlı açıqlama yayıb

2-04-2018, 22:21 Yazar:  Gülnar Baxılıb: 80 Çap et
Coğrafiya İnstitutu direktorun jurnalistləri təhqir etməsi ilə bağlı açıqlama yayıb
Coğrafiya İnstitutu bu institutun direktoru Ramiz Məmmədovun jurnalistlər haqqında təhqirəramiz ifadələr işlətməsi haqqında məlumat yayıb.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a daxil olan məlumatda deyilir:

“Son günlər respublikamızın kütləvi informasiya vasitələrində AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovla bəzi jurnalistlər arasında anlaşılmazlıq yaranmış və bu, böyük əks-səda doğurmuşdur. Akademik R.Məmmədov bütün ömrünü elmə həsr etmiş və bu yolda sağlamlığını qurban vermiş, elmi ömrünün həyat qayəsinə çevirmiş, çox nüfuzlu, elmdə öz sözünü demiş və böyük inadkarlıqla öz tədqiqatlarını davam etdirən alimlərdəndir.

Sözsüz ki, o, jurnalistlər haqqında ”savadsız” ifadəsini işlədərkən bəzi jurnalistlər, yəni təsadüfən bu şərəfli fəaliyyət sahəsinə düşmüş üzdəniraq jurnalistləri nəzərdə tutmuşdur. Əgər belə jurnalistlər olmasaydı Azərbaycan Mətbuat Şurası “reket jurnalistlər”in qara siyahısını hazırlamazdı.

Biz də, akademik R.Məmmədov da respublikamızda ləyaqətli, savadlı jurnalistlərin olduğunu bilirik və onların əməyini yüksək qiymətləndiririk. İndi Ramiz müəllimə qarşı kəskin çıxış edən jurnalistlər respublikanın KİV-lərini araşdırsalar orada ən çox çıxış edənlər içərisində AMEA Coğrafiya İnstitutunun əməkdaşlarının seçildiyini asanlıqla görə bilərlər.

Akademik R.M.Məmmədovun Modern.az-ın əməkdaşına kobud cavab verməsinin kökündə həmin vaxt alimin çox əsəbi olması və həmin hadisədən bir neçə gün əvvəl onun fikirlərinin mətbuatda bir qədər təhrif olunmuş şəkildə, yəni “Bundan sonra Bakıya qar yağmayacaq” formasında verilməsi və bəzi qeyri-peşəkarların bu fikri daha qabarıq şəkildə hallandırması durmuşdur.

Bir fikrimizi də KİV-lərin diqqətinə çatdırmaq istərdik: yaxşı olardı ki, telefonla müsahibə alan müxbirlər həmin müsahibəni çap etdirməzdən və ya sayta yerləşdirməzdən əvvəl onu bir daha müsahibə aldıqları şəxslə razılaşdırsınlar.

Ümumiyyətlə, R.Məmmədov özü də, onun tapşırığı ilə İnstitutun aparıcı alimləri də mətbuatla daim əməkdaşlıq ediblər. Biz arzu edirik ki, baş vermiş bu xoşagəlməz hadisə hər iki tərəfdən mənfi hal kimi qiymətləndirilsin, alimlərlə mətbuat arasında narazılığın yaranmasının qarşısı alınsın və əvvəlki kimi, yenə də coğrafiyaçılarla mətbuat arasında sıx əməkdaşlıq davam etdirilsin. Bu fikri akademik R.Məmmədov “Unikal.org” saytına müsahibəsində də bildirib: “Əgər əsəbi vəziyyətdə olmasaydım, bəlkə də belə fikirləri bildirməzdim”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az