t s

» » Əflatun Amaşov xəbərdarlıq etdi: “Bu saxtakarlığa yol verənlər qanunla cəzalanacaqlar!”

Əflatun Amaşov xəbərdarlıq etdi: “Bu saxtakarlığa yol verənlər qanunla cəzalanacaqlar!”

2-04-2018, 22:16 Yazar:  Gülnar Baxılıb: 92 Çap et
Əflatun Amaşov xəbərdarlıq etdi: “Bu saxtakarlığa yol verənlər qanunla cəzalanacaqlar!”
“Bəzi “reket nəşr”lər və onlara yaxın adamlar Azərbaycan Mətbuat Şurasının adından sui-istifadə edərək, ayrı-ayrı vətəndaşların etimadını qazanmaq, bununla da özlərinin maddi maraqlarını gerçəkləşdirmək yolu tuturlar. Belə faktlara əvvəllər də rast gəlinib və hüquqi müstəvidə müvafiq ölçü tədbiri götürülüb”.

Bu sözləri Modern.az-a Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkələrdə "Mətbuat və Mətbuat Şurasının dostu" adlı qondarma mükafatın verildiyi barədə yayılan xəbərə münasibət bildirirkən deyib.

Ə.Amaşov deyib ki, bir müddət öncə guya Mətbuat Şurasına məxsus olduğu iddia edilən jurnalist vəsiqələrinin kimlərəsə satıldığına dair məlumat əldə ediblər.

“Həmin vəsiqələr tərəfimizdən Facebook sosial şəbəkəsində yayımlandı, onların Şuraya məxsus olmadığı vurğulandı. Bununla əlaqədar müxtəlif internet media resurslarında xəbərlər yer aldı. Ardınca hüquq-mühafizə orqanları hərəkətə keçdi və Mətbuat Şurasının adından saxtakarlıq edən şəxslər saxlanıldı.

Bu gün isə Facebook-da qondarma bir mükafatın şəkli paylaşılıb. Təbii ki, Mətbuat Şurasının üzərində şəkildə gördüyünüz formada və məzmunda hər hansı mükafatı yoxdur, heç zaman da olmayıb. Belə görünür, Şuranın adından yararlanaraq özlərinin lokal maraqlarını reallaşdırmaq yolu tutan kimlərsə yenə də «fəaliyyətdədir».

Qətiyyətlə bildiririk ki, bu cür saxtakarlığa yol verən, Mətbuat Şurasının cəmiyyətdəki nüfuzuna xələl gətirməyə çalışan şəxslər qanunlarımız çərçivəsində cəzalanacaqlar. Bu öz yerində. Təəssüf ki, dələduz təfəkkürün məhsulu kimi meydana çıxdığı şübhə doğurmayan belə neqativ nümunələri Mətbuat Şurasına ünvanlanmış sətiraltı ifadələrlə, eyhamlarla bəzəyərək cəmiyyətə çatdırmaq yolu tutanlar da var. Belələrini şəkildə gördüyünüz mükafatı «dövriyyəyə buraxanlardan» müsbət mənada fərqləndirməkdə çətinlik çəkirəm. Gəlin, ədalətli olaq!”.

Əflatun Amaşov xəbərdarlıq etdi: “Bu saxtakarlığa yol verənlər qanunla cəzalanacaqlar!”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
07:44 JURNALİSTİKAMIZIN «BERMUD ÜÇBUCAĞI"-YENİLƏNDİ Asif Mərzili Jurnalistikamızin «Bermud üçbucağı» Yaxud, niyə bütün sahələrdə göstərilən xidmətlər müqavilə bağlanaraq ödənişli ola bilir, amma jurnalistlərin və jurnalistikamızın xidmətləri havayı olmalıdır??? …Bu günlərdə Foocebok səhifəmdə jurnalistikamızın başı üzərində dolaşan bir problem
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
12:50 Azərbaycanda nə dəyişdirilir? – REFERENDUM AKTI Bu gün Azərbaycanda referendum keçirilir. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən səsverməyə çıxarılan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının tam mətnini oxuculara təqdim edir: 1. 9-cu maddənin I hissəsi aşağıdakı
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az