t s

» » Demokratiya pərdəsinə bürünənlərin xaos və terror cəhdi - MÜƏLLİF YAZISI

Demokratiya pərdəsinə bürünənlərin xaos və terror cəhdi - MÜƏLLİF YAZISI

2-04-2018, 22:03 Yazar:  Gülnar Baxılıb: 129 Çap et
Demokratiya pərdəsinə bürünənlərin xaos və terror cəhdi - MÜƏLLİF YAZISI
Yaxud Azərbaycanı təhdid edənlərin əsl həqiqətləri

Xaricdən başlanan və əsas oyunçuları deyil, yalnız kamikadzeləri görünən təhqir, şantaj, söyüş, hədə-qopxuyla dolu VİRTUAL TERROR YÜRÜŞÜ nə siyasi davadır, nə də hakimiyyət davası. Siyasət və ya hakimiyyət davası olsaydı, görməzdən gələrdik, “Siyasətçilər məşğul olsun” deyə yaxamızı kənara çəkərdik, yaxud “Bizim problem deyil də” deyib üzümüzü çevirib gedərdik. İndisə vəziyyət tam fərqlidir. Başlanan bu ideoloji terror birbaşa dövlətə yönəlib. Təkcə hakimiyyətə deyil, dövlətə qarşı xüsusi bir planın tərkib elementlərindəndir. Cəmiyyətə qarşı açılan yeni bir ideoloji, amma hələlik virtual terror cəhdidir. Öhdəsindən gələcəklərmi? Ya biz - bu terrora qarşı ANTİ-TERROR əməliyyatı keçirməli olanlar öhdəsindən gələ biləcəyikmi? Hər halda ikinci olmalıdır. Nəyin bahasına olur-olsun, biz bacarmalıyıq. Hələki bizim müqavimətimiz o qədər yetərli görünmür, əksinə günü-gündən məkrli "söyüş makinası"nın hay-həşirli, söyüşlü, təhqirli videoları sosial şəbəkələri bürüyür.

***

İndi çoxları düşünür ki, bu adamlar öz sözlərinimi deyirlər? Azərbaycan cəmiyyətində hansısa söz sahibidirlərmi ki, insanlarımız onlara inansın? Bu adamlar heç kimdir! Onlar nə böyük güc, nə böyük zəka sahibidir. Heç ölkənin içindəki havadarları da özlərindən fərqlənmir. Sosial bazaları da, arqumentləri də bir həsir, bir məmmədnəsirdir. Bir kimsənin tanımadığı, xatırlamadığı, siyasi müstəvidə nə adları, nə sözləri olan bu adamlar Azərbaycanda nəsə etmək qüdrətində deyillər. Amma onların arxasında görünməyən başqa güclər var və məsələ məhz bundadır. Müxtəlif ideoloji mərkəzlər, siyasi və iqtisadi qüvvələr onları virtual KAMİKADZELƏRƏ çevirib və hələlik onların diliylə danışır.

***

Deməli, təhdid və təzyiq altında olan təkcə hakimiyyət, hakimiyyətin birinci şəxsi və ya onun ətrafı yox, bütünlükdə Azərbaycandır. Planın əsas tərkib elementlərindən birincisi Azərbaycan cəmiyyətini test edib yoxlamaq, fürsət düşdükcə qarşıdurmalara, iğtişaşlara hazırlamaqdır. Virtual terroru indi danışdırılan bu adamların diliylə, söyüşüylə, təhqiriylə cəmiyyətimizin İLİYİNƏ yeritmək və gələcəkdə ondan bəhrələnmək istəyirlər. Günlərin birində bunların timsalında şərti adı “Azad Azərbaycan Ordusu” olan bir silahlı-terrorçu qrup da yarada bilərlər. Və onlar Azərbaycana demokratiya əvəzinə təhqir, hədə-qorxu gətirdikləri kimi, sabah da Suriya düyünü gətirməyə tam hazır zümrədirlər.

***

Bəzən bizi də qınayırlar ki, kampaniyaçılıqla məşğulsunuz. Bu, kampaniyaçılıq deyil, ölkənin taleyinə biganə olmağı bacarmamaq və məsuliyyətdir. Sabitlik olan bir ölkənin vətəndaşı olmaq, sabit bir ölkədə yaşamaqla dağınıq və xaos altında inləyən cəmiyyətdə, dağıntıların altında BAYQUŞ kimi ulamaq birdirmi? Təbii ki, yox! Milləti və üstündən imperiya nəzərləri əskilməyən Vətəni sevənlər hamısı belə düşünür. Biz axı, belə öyrənmişik. Bizlərdən başqa nəsə gözləmək olmaz...

Amma və təəssüf ki, ölkədəki siyasi güc mərkəzləri, partiyalar hələ susur. Deputatların 3-4-ü bu təhlükəyə qarşı çıxır. Doğrudanmı, ölkədə elə bir siyasi güc mərkəzi olmadı ki, bu missiyanı üzərinə götürsün və gərəkərsə, İlham Əliyevlə çiyin-çiyinə ölkəmizdən Liviya, Suriya düzəltmək istəyənlərin qarşısında birgə dayanacağını desin?

Prezidenti, ailə üzvlərini, onun köməkçisinin özünü və ya ailəsini, ziyalıları, siyasiləri təhqir etmək, nüfuzdan salmağa cəhd göstərmək bu şəxslərə qarşı aparılan dava deyil, ölkəni xaosa sürükləmək cəhdidir. Prezidentdən başladılar, sonra köməkçisi Əli Həsənova keçdilər. Bu gün belə başlayıblar, sabah bir az da irəli gedəcəklər, yeni ünvanlar, yeni şəxslər tapılacaq.

Biz ki, bunu yaşamışıq. 1993-cü ilin iyun qiyamı başlayanda Surət Hüseynov da indiki kamikadzelərin rolundaydı. Əvvəl baş nazirin istefası istənildi, ona nail olunan kimi hədəf Milli Məclisin sədri oldu. Bu hədəflərinə də çatdılar və son utimatum eşidildi: Prezident istefa verməlidir! Həmin dövrün ORDUXANLARI da SURƏTLƏR, ƏLİKRAMLAR, RƏHİMLƏR idi. Yaxşı ki, son anda o dövrün orduxanları istəklərinə çatmayıb, hakimiyyətə yiyələnə bilmədilər. Mərhum Heydər Əliyev gəldi. Yoxsa indi Azərbaycan adlı dövlət yox idi, Azərbaycan dövləti haqqında ancaq keçmiş zamanda danışacaqdıq, “Azərbaycan adlı bir dövlət vardı” deyə bəlkə də tarix kitablarında yazılacaqdı…

Bu gün gözümüzün önündə Türkiyə nümunəsi var. MHP lideri Baxçalı siyasətdə bir naşımıdır? Baxçalı böyük siyasət adamıdır, milli gücdür, bəs nədən Ərdoğanı müdafiə edir və hətta gələn il keçiriləcək seçkilərdə belə Ərdoğanı müdafiə edəcəyini indidən bəyan edir? Zira, Baxçalı Türkiyəyə qurulan tələnin miqyasını, mayasını bilir. Türkiyə naminə Türkiyəni yox etmək istəyənlərlə savaş aparır, Ərdoğanı da məhz ona görə müdafiə edir. Bilir ki, bu, siyasi savaş deyil, bu, Türkiyəni paramparça etmək planıdır. Azərbaycan siyasətçilərindən də şəxsən mən Baxçalı addımını gözləyirdim.

Azərbaycana qarşı siyasi savaş aparılmır, bu cəmiyyətin altyapısına terror və bitməyən qarşıdurma toxumu əkmək istəyən qüvvələr var. Toxumu da, gübrəni də verən başqalarıdır, orduxankimilər isə bu toxumu səpmək üçün seçilmiş VİRTUAL ƏKİNÇİLƏR - kamikadzelərdir və bir gün bu kamikadzeləri yetişdirənlər özləri onları ölümə təhrik edəcək, özlərini partlatmağa məcbur edəcəklər.

***

Bizim davamız budur! Özümüz söyüş obyektinə çevrilsək də, hədəf olsaq da, canımız qədər sevdiyimiz Azərbaycan uğrunda başımız qurbandır! Bu, siyasi hakimiyyətə satılmaq deyil, bu dövlətçilikdir. Bizim davamız ayrı-ayrı fərdlər uğrunda deyil, Azərbaycan uğrundadır. O Azərbaycanda bu gün hakimiyyətdə İlham Əliyevdir, ola bilsin ki, aprelin 11-də yenidən seçilsin. Yaxud bir növbəti seçkidə başqası prezident olsun və İlham Əliyev bir prezident olaraq, Azərbaycanı həmin şəxsə əmanət edəcək. Bu gün ölkəmizi virtual kamikadzelərin və onları yetişdirən terror mərkəzlərinin ümidinə buraxsaq, imkan versək ki, həmin kamikadzelər özləriylə birgə Azərbaycanı da partlatsınlar, bəs onda nə olacaq? Bizdən sonra gələnlərə nə əmanət verəcəyik? Xarababazara çevrilən ölkəmi, bayquşların uladağı quru torpaqmı?

***

Böyük oyunlar qurulub. Təbii ki, hakimiyyətin informasiyası daha çoxdur. Siyasi müxalifətin də məlumatı olmamış deyil. 2013-cü ildə bunun şahidi olduq. Rusiyanın birbaşa iştirakı ilə bir proyekt quruldu və ölkəni təhdid etdi. Putinin həmin il azərbaycanlının kapitan olduğu sualtı qayıqla Bakıya gəlməsini unutmaq olmaz. Bu dəfə təkcə Rusiya deyil, Qərb də öz planlarını işə salıb. Sabahımıza qurulan tələnin mərkəzindəyik…Bu tələdən qurtulmağa güc də var, ağıl da. Bircə vətəndaş birliyini möhkəmləndirmək qalır. Daxildə ittiham və söyüşdən imtina edib, dövlətin simvollarına sayğı duysaq, nə qorxumuz olacaq ki? Vətəndaş birliyi ilə milli müqavimət təşki ediləcək, Azərbaycan qalib gələcək!

***

Hər şeyi sıfırdan başlamaq üçün gözəl bir zaman yetişib. Xarici güclərin əlində əsir olanlar və onların sahibləri qarşısında dirəniş göstəməklə işıqlı yolumuza lampa tuta bilərik. Sadəcə hər ikisini dışlamaqla, sıralarımızdan ixrac etsək və milli ihanəti bağışlamamaq qədər birliyimiz olsa, yetər… Davamız böyükdür. Bütöv Azərbaycandan danışdığımız halda bu yavru Azərbaycanı kimlərəsə yem edə bilmərik! Nə tarix, nə millət bunu bağışlayar...

Rəfail Becanov




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az