t s

» » Yenə Nərimanov rayonu, yenə problemlər...

Yenə Nərimanov rayonu, yenə problemlər...

2-04-2018, 01:11 Yazar:  Gülnar Baxılıb: 97 Çap et
Yenə Nərimanov rayonu, yenə problemlər...
Bakının Nərimanov rayonunun bir qrup sakini həyatlarının təhlükədə olduğunu deyirlər. Belə ki, Bir vaxtlar Maddi-Texniki Təchizat üzrə Dövlət Komitəsinin tabeliyində olmuş yataqxana binası hələ 1934-cü ildə tikilib. Onillərlə idarənin tikdiyi yaşayış binalarındakı mənzillərini gözləyən dövlət qulluqçuları burada müvəqqəti yaşayıblar.

80-ci illərin ortalarında Komitə yeni yaşayış binasının tikintisinə başlayıb, lakin bina hazır olana yaxın artıq Qarabağ müharibəsi gedirdi. Evsiz-eşiksiz qalmış qaçqın və köçkünlər bu yarımçıq tikilmiş binada məskunlaşıblar. Yeni mənzillərinə köçməyə hazırlaşan yataqxana sakinləri isə səbrlə gözləməyə başlayıblar ki, ya daha bir bina tikiləcək, ya da qaçqınlara başqa sığınacaq veriləcək.

Lakin zəmanə dəyişir, Komitə ləğv olunur, onun işçilərinə isə heç kim mənzil vermək fikrində olmur. Müvəqqəti yaşayış yeri 30 ildir ki, daimi yaşayış yerinə çevrilib. Bu illər ərzində ailələr böyüyüb, lakin hələ də bu darısqal otaqlarda yaşamaqda davam edirlər. Ən maraqlısı isə odur ki, bina artıq heç kimin deyil – indi onun vəziyyəti ilə heç kim maraqlanmır: nə təmir edən var, nə su və qaz borularını, elektrik naqillərini dəyişən. Onsuz da köhnəlmiş bina yararsız hala düşüb.

Yataqxana sakinlərinin sözlərinə görə, 31 ailə - 115 nəfər daim qorxu içində yaşayırlar ki, bir gün tavan və divarlar uçacaq.

“80-ci illərin sonlarından burada yaşayırıq. 5 mərtəbəli 2 bloklu evin bir pilləkəni artıq dağılıb. İndi yuxarı mərtəbələrə yalnız bir pilləkənlə qalxmaq olur. Borular pas atdığından, bütün mərtəbələr suyun içindədir, döşəmə çürüyüb və onun üzəri ilə yerimək təhlükəlidir. İki dəfə sakinlər yıxılaraq zədə alıblar. Zədələnənlərdən biri – yaşlı qadın dünyasını dəyişib. Ev uçulub gedir”, - sakin Rasim Abdullayev deyir.

FHN-in ekspertizasının nəticəsinə görə, ev qəza vəziyyətindədir və təmir üçün yararsızdır. Bu cavabdan sonra insanlar Nazirlər Kabinetinə, Bakı Şəhər və Nərimanov Rayon icra hakimiyyətlərinə müraciət ediblər. Lakin konkret bir cavab verən yoxdur.

“Deyirlər ki, gözləyin, bir şey fikirləşərik... Evin dəhşətli vəziyyətinə baxmayaraq, Nazirlər Kabinetinin köhnəlmiş binaların söküntüsü üzrə pilot layihəsi, nəyə görəsə, Mayakovski küçəsi, 8/9 ünvanındakı bu binadan yan keçib. Bu binaya dövlət strukturlarının diqqətini necə cəlb edək, bilmirik. Burada yaşamaq günbəgün daha da təhlükəli olur. Ailələrimiz, uşaqlarımız var”, - yataqxananın digər sakini Aslan Niruyev əlavə edir.(virtualaz)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az