t s

» » “Lotu Quli”ni söyən “Rahim Şəkinski” və arvadı Fransada güllələndi

“Lotu Quli”ni söyən “Rahim Şəkinski” və arvadı Fransada güllələndi

1-04-2018, 09:22 Yazar:  Gülnar Baxılıb: 121 Çap et
“Lotu Quli”ni söyən “Rahim Şəkinski” və arvadı Fransada güllələndi
Fransada siyasi mühacir statusu ilə yaşayan iki azərbaycanlı güllələnib. Virtualaz.org Fransa KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 09.00 radələrində Tuluza yaxınlığındakı Colomie şəhərində baş verib.

“Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. Rahim Namazovun arvadı Aidanın başından güllə yarası aldığı və vəziyyətinin kritik olduğu açıqlanıb. Polis daha sonra onun xəstəxanada öldüyü barədə məlumat verib. Rahim Namazov isə çiynindən güllə yarası alıb. Hadisə yerində polis və prokurorluq əməkdaşları təhqiqat aparır.

Fransa KİV-ləri Rahim Namazovu “siyasi mühacir” və “jurnalist” kimi təqdim edir. Onun ailə üzvləri ilə birlikdə 2010-cu ildə Fransaya mühacirət etdiyi bildirilir. Namazovlar ailəsi Fransada üç uşağı ilə yaşayırmış. Hadisə zamanı uşaqlar avtomobildə olmayıb.

Lakin virtualaz.org dəqiqləşdirir ki, Rahim Namazov əslində “Rahim Şəkinski” ləqəbi ilə tanınan kriminal avtoritetdir. O, əvvəllər Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Namazovun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

O da məlumdur ki, R.Namazov Fransaya jurnalist adı altında mühacirət edib, YouTube-də Namazovun özünün bu barədə danışdıqlarına rast gəlinir.

Bir neçə həftə əvvəl “Rahim Şəkinski” İstanbulda mənzillənmiş azərbaycanlı “vor zakon” “Lotu Quli”nin ünvanına söyüşlər yağdıraraq onu YouTube-də yerləşdirib. O, özünü İstanbulda güllələnmiş “Rövşən Lənkəranski”nin tərəfdarı kimi təqdim edib. Bundan sonra “Lotu Quli”nin tərəfdarları “Rahim Şəkinsiyə” YouTube vasitəsilə söyüşlər ünvanlayıblar. Qarşılıqlı söyüşmə günlərlə davam edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:03 Rövşən Lənkəranskiyə sui-qəsd – TƏFƏRRÜATLAR Dünən gecə İstanbulda baş verən və məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin qətlə yetirildiyi atışma ilə bağlı yeni təfərrüfarlar məlum olub. Mediaxeberleri.az Virtualaz.org-a istinadən xəbər verir ki, İstanbuldakı mənbənin məlumatına görə, Rövşən Lənkəranskinin öz briqadasının üzvləri ilə
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
19:31 Zaqatalada “Kalaşnikov” səsləri və 3 ölü... - “Lotu Quli” bu dəfə də qalib gəlir 2013-cü ilin noyabrında Azərbaycanın Zaqatala şəhərində baş verən və geniş rezonans doğuran cinayətin motivləri iki ildən sonra üzə çıxıb. Virtualaz.org saytı xəbər verir ki, 3 nəfərin öldürülməsi, 1 nəfərin yaralanması ilə nəticələnən hadisənin əslində məşhur kriminal avtoritetlər “Lotu Quli”
21:29 “Lotu Quli”nin qardaşının “vor zakon” titulu alınmayıb Daha çox “Şakro Molodoy” kimi tanınan məşhur “qanuni oğru” Zaxari Kalaşov üç azərbaycanlı avtoritetin “vor zakon” titulundan məhrum edildiyi deyilən sonuncu “kriminal sxodka”da iştirak etməyib. “Zaxari Kalaşov 40 il stajı olan “qanuni oğru”dur. O, bu “sxodka”da iştirak etməyib. Ona görə də “Şakro

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az