t s

» » Torpaq kadastrı məlumatları notariuslara bir gün ərzində təqdim ediləcək

Torpaq kadastrı məlumatları notariuslara bir gün ərzində təqdim ediləcək

30-03-2018, 10:21 Yazar:  Gülnar Baxılıb: 107 Çap et
Torpaq kadastrı məlumatları notariuslara bir gün ərzində təqdim ediləcək
Azərbaycanda informasiya sistemləri vasitəsilə göndərilmiş elektron sorğu əsasında dövlət torpaq kadastrı məlumatları 1 gün ərzində təqdim ediləcək.

Mediaxeberleri.az
xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”yə müvafiq dəyişikliklər edib.

Qeyd edək ki, dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxildir. Fond Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamındadır.

Dəyişikliyə əsasən olaraq notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün Fondun məlumat və materiallarından istifadə hüququ da Əsasnamədə əksini tapıb.

Notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə bu hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 17 noyabr tarixli qanuna əsasən verilib.

Həmin qanuna əsasən notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə dövlət torpaq kadastrının məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı və ya elektron sorğular vermək hüququ var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:28 Torpaqların elektron kadastr uçotu işləri ilə bağlı ilk nəticə Salyanda təqdim edilib “Salyan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərininin təkmilləşdirməsi,
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
19:39 Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı - FƏRMAN Yeni qaydalar təsdiqlənib. Prezident İlham Əliyev Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Mediaxeberleri.az[b][/b]-ın məlumatına görə, fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
22:15 Dövlət başçısı İlham Əliyev 10 sərəncam imzaladı Prezident İlham Əliyev “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az