t s

» » "İlham Əliyev Azərbaycanı idman ölkəsinə çevirib"- Firdovsi Umudov

"İlham Əliyev Azərbaycanı idman ölkəsinə çevirib"- Firdovsi Umudov

29-03-2018, 21:56 Yazar:  Gülnar Baxılıb: 187 Çap et
"İlham Əliyev Azərbaycanı idman ölkəsinə çevirib"- Firdovsi Umudov
“İlham Əliyevin 15 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycanın idman sahəsindəki inkişafı danılmazdır”.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, sərbəst güləş yığmasının baş məşqçisi Firdovsi Umudov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev bu müddət ərzində Azərbaycanı idman ölkəsinə çevirib:

“Son 15 ildə bütün sahələrdə olduğu kimi idmanda da qazanılan uğurlar göz qabağındadır. Beynəlxalq yarışların keçirilməsi ən inkişaf etmiş ölkələrə həvalə edilir. Son 15 ildə ölkəmizdə Avropa, Dünya çempionatları keçirilib. Rayonlarımızda idmanın bütün növlərinin maddi texniki bazası yaxşılaşdırılıb. Yüzlərlə Olimpiya İdman Kompleksləri, bazalar tikilərək istifadəyə verilib. Beynəlxalq aləmdə yarışların keçirilməsi ən inkişaf etmiş ölkələrə həvalə edilir. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olundu. Bundan əlavə Azərbycan 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Yay Olimpiya Oyunlarında, Avropa Oyunlarında və digər beynəlxalq səviyyəli yarışlarda qazanılan nəticələr bir daha sübut edir ki, idmana olan diqqət-qayğı yüksək səviyyədədir. Rio Olimpiya Oyunlarında xarici mütəxəsislər ölkəmizdə keçirilən idman yarışlarının səviyyəsindən, yüksək səviyyəli təşkilatçılıqdan razılıq edirdilər. Ölkəmizdəki bütün bu uğurlara kölgə salmağa çalışanlar var. Yəni düşmən dəyirmanına su tökənlər də az deyil. Buna baxmayaraq biz qazandığımız uğurlarla ölkəmizdəki inkişafı, diqqəti sübut edirik. Bu uğurlara sevinməyənləri azərbaycanlı adlandırmıram. Düzdür, bəzi "qara qüvvə”lər də var ki, bunları görməzdən gəlir. Biz idmançılar hər zaman cənab prezidentin ətrafında sıx birləşmişik və dəstəkləyirik. Bunlara rəğmən uğurlu nəticələrimizlə dövlətimizi və onun inkişafını istəməyən bəzi qüvvələrə öz gücümüzü sübut edirik, edəcəyik də...”.

Firdovsi Umudov prezidentlə görüşdə və onun idmançılara tövsiyəsindən də söhbət açıb:

“Təbii ki, cənab prezident bizimlə görüşlərdə hər zaman uğurlarımıza görə bizi təbrik edib. Görüşlər zamanı idmançıların hazırlıqları, yarışları ilə maraqlanıb. Onu deyərdim ki, İlham Əliyev bütün Azərbaycan vətəndaşının prezidentidir, hər bir vətəndaşın yanındadır, onların problemləri ilə yaxından tanış olur.

Cənab prezidentlə sonuncu dəfə Milli Olimpiya Komitəsinin 25 illik yubleyində görüşdük, Hacı Əliyevin 3-cü dəfə dünya çempionu olması münasibəti ilə həm onu, həm də məni təbrik etdi. Uğurlarımızı izlədiyini vurğuladı. Bu da bizi qürurlandırdı. Amma onu da vurğulayım ki, idmançılarımızın uğurlara imza atmasının, yarışlarda çıxış edə bilməsi 90-cı illərin əvvələrinə, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonraya təsadüf edir. Mənim də güləşdiyim illərdə bir neçə dəfə ulu öndər biz idmançıları qəbul edib. Bu gün də həmin siyasi kursu cənab prezident layiqincə davam etdirir. Həmçinin idmançıların mənzil, məişət problemlərinin həllində yaxından maraqlanır.

Son olaraq onu da vurğulayım ki, bugün həm bölgələrdə, həm də paytaxtda olimpiya kompleksləri tikilir. Bu da sağlam gənclərin yetişməsi üçün stimuldur. Əsas odur ki, gənclərimiz idmanla məşğul olur. Gələcəyimiz üçün sağlam gənclər yetişir və “sağlam bədəndə sağlam ruh olar” devizi aşılanır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
23:06 Azərbaycanın Olimpiya yığmasının ümumilikdə 18 medal əldə etməsi çox gözəl nəticədir Firdovsi Umudov: Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib Müsahibimiz Azərbaycanın sərbəst
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az