t s

» » BMT-də “ASAN xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul olunub

BMT-də “ASAN xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul olunub

23-03-2018, 12:51 Yazar:  Gülnar Baxılıb: 222 Çap et
BMT-də “ASAN xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul olunub
BMT-nin İnsan Hüquqları Şurasının martın 22-də Cenevrədə keçirilən 37-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib.

Mediaxeberleri.az
Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu qətnamə dünyanın qlobal inkişaf proqramını müəyyən edən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin 2015-ci ildə qəbul olunmasından bəri təşkilatın İnsan Hüquqları Şurası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə qəbul edilmiş ilk sənəddir.

Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən biri hesab edilən “ASAN xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.

Qəbul edilmiş qətnamədə dövlət xidmətlərinin texnoloji yeniliklər və innovativ yanaşmalar vasitəsilə çatdırılmasının insan hüquqlarının müdafiəsinə verdiyi töhfə vurğulanır və bu sahədə uğurlu modellər təsis etmiş BMT-nin üzv ölkələri öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət olunur.

Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli, səmərəli və vətəndaşların ehtiyaclarına adekvat şəkildə çatdırılmasının insan hüquqlarının müdafiəsində və korrupsiyanın qarşısının alınmasında oynadığı mühüm rolu qeyd edən qətnamə, dövlət xidmətlərinin göstərildiyi əsas mərkəzlərdən uzaqda məskunlaşmış vətəndaşların bu xidmətlərə əlçatanlığının artırılması məqsədilə mobil xidmət mərkəzlərindən və elektron tətbiqlərdən istifadənin əhəmiyyətini vurğulayır.

Qətnamə, həmçinin 2015-ci ildə “ASAN xidmət”in təltif edildiyi “BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir, BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır.

Nazirlikdən verilən məlumatda qeyd edilir ki, ölkəmiz tərəfindən irəli sürülmüş bu qətnaməyə BMT-nin bütün coğrafi və siyasi qruplaşmalarını təmsil edən 87 dövlət həmmüəllif qismində qoşulub.

Bu da BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qəbul edilən digər qətnamələrlə müqayisədə kifayət qədər yüksək göstəricidir.

Bu amil “ASAN xidmət”in təsis edilməsi və genişləndirilməsi də daxil olmaqla, ölkəmizdə insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilməkdə olan islahatlara beynəlxalq insan hüquqları ictimaiyyəti tərəfindən nümayiş etdirilən dəstəyin bariz göstəricisidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
10:10 Əbədiyaşarlıq rəmzi - Əli Həsənov Heydər Əliyevdən YAZDI XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az