t s

» » "Dünya Azərbaycanlılarının Lideri" aksiyası reallaşdırılıb- RUSİYADA+VİDEO

"Dünya Azərbaycanlılarının Lideri" aksiyası reallaşdırılıb- RUSİYADA+VİDEO

19-03-2018, 21:44 Yazar:  Gülnar Baxılıb: 215 Çap et
"Dünya Azərbaycanlılarının Lideri" aksiyası reallaşdırılıb- RUSİYADA+VİDEO
Bu il Azərbaycan üçün olduqca vacib hadisələrlə yadda qalacaq. Mühüm və strateji hadisələrdən bir də 11 apreldə reallaşacaq prezident seçkiləri ilə bağlıdır. Bu gündən etibarən təbliğat-təşviqat hərəkətlərinə start verilib. Belə bir ərəfədə reallaşdırılan qarayaxma kampaniyalarına cavab olaraq artıq dünyanın bir çox ölkələrində o kampaniyaların müəlliflərinə layiqli cavablar verilir.

Bu kimi layihələrdən birini də bu günlərdə gənc jurnalist, QHT sədri Səbuhi Abbasov Rusiyada rəsmi səfərdə olarkən reallaşdırıb. Bu barədə saytımıza məlumat verən S.Abbasov bundan sonra daha geniş coğrafiyada "Dünya Azərbaycanlılarının Lideri" aksiyasını reallaşdıracağını dedi: "Biz 3 günlük səfər çərçivəsində Rusiyanın paytaxt Moskva da daxil olmaqla 3 böyük şəhərində olduq. Kəskin hava şəraiti, texniki çatızmazlığa baxmayaraq ilkin mərhələdə hazırladığımız 300 ədəd rəngli posteri Moskvada, Permdə, Solikamskda ən qaynar nöqtələrə asa bildik. Düzdü Rusiya kimi nəhəng dövlət üçün 300 poster kiçik rəqəmdi. Lakin bu aksiyamıza Rusiyada yaşayan digər həmyerlilərimizin də qoşulacağına əminəm. Bu bizim vətəndaşlıq borcumuzdur. Azərbaycan gəncliyi öz seçimini edibdir. Bu seçim güclü, sabit Azərbaycanın qarantı olan İlham Əliyevdir. Biz jurnalist, Vətəndaş Cəmiyyətinin üzvü olaraq ölkəmizə qarşı başlanılar "çirkli" kampaniyalara adekvat cavab verməli, informasiya savaşında fəal mövqe sərgiləməliyik. Hələki layihəni öz daxili imkanlarımız hesabına reallaşdırırıq. Əminəm ki, bu gərgin fəaliyyətdə bizə dəstək olmaq istəyənlərin sayı çox olacaqdır. Bundan sonra biz Ukraynada, Belarusda, Moldovada, Polşada, Avstriyada, Macarıstanda və Avropanın digər ölkələrində eyniadlı aksiyalar reallaşdırmaq niyyətindəyik".





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
10:09 Bar qızlarını döydü, şirkət rəhbərlərini aldatdı - AĞLASIĞMAZ DƏLƏDUZLUQ Dələduzluq və xuliqanlıqda ittiham olunan Biləsuvar şəhər sakini, 1981-ci il təvəllüdlü Səbuhi Əliyevin və onunla birlikdə mühakimə olunan Şamil Taralovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az xəbər verir ki, Səbuhi Əliyev “Merac Holdinq” MMC-in idarə heyətinin sədri
15:55 QHT-lər üçün “bir pəncərə” nə vəd edir? Ekspertlərin fikrincə, prezidentin imzaladığı fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman
08:43 Namizədin sosial şəbəkələrdə şəkillərinin yayılması qanunsuzluqdurmu? Təbliğat-təşviqat kampaniyası başlamamış iddiaçıların virtual aləmdə şəkilləri yayıldı; MSK üzvü: “Sosial şəbəkələr qanuna salınmış məkan deyil...” Parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərin imzatoplama kampaniyası və qeydə alınma prosesi arxada qaldı. Bu müddət ərzində əsas
14:48 Rufiz Qonaqov: "Ermənistan Azərbaycan qarşısında 3 gün belə davam gətirə bilməz" - MÜSAHİBƏ “Azərbaycan Avropa Oyunlarının vətəni kimi tanınacaq” Mediaxeberleri.az xəbər verir ki, Milli-Xeber.Az-ın budəfəki qonağı tanınmış politoloq, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi-nin sədri Rufiz Qonaqovdur. - Rufiz bəy ilk öncə özünüz haqqında məlumat verməyinizi istərdik. Sizi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az