t s

» » "Ağ Yol" Vətəndaş Hərəkatı Prezident seçkisi ilə əlaqədar bəyanat verib

"Ağ Yol" Vətəndaş Hərəkatı Prezident seçkisi ilə əlaqədar bəyanat verib

19-03-2018, 20:28 Yazar:  Aysel Abbasova Baxılıb: 1890 Çap et
"Ağ Yol" Vətəndaş Hərəkatı Prezident seçkisi ilə əlaqədar bəyanat verib
"Ağ Yol" Vətəndaş Hərəkatının 11 aprel Azərbaycanda keçiriləcək prezident seçkisi ilə əlaqədar BƏYANATI

Azərbaycanın müstəqilliyinin qorunması, müstəqil siyasətin davam etdirilməsi, iqtisadi yüksəliş, sosial rifah, ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin əsas məqsədləridir. Azərbaycan sabit, güclü, demokratik, hüquqi dövlətdir və bütün parametrlərə görə regionda liderdir. Böyük iyirmiliyin sammitində iştirak, nüvə təhlükəsizliyi tədbrilərində böyük dövlətlərlə birgə müzakirə tərəfdaşı, regional sabitliyin qorunmasında əsas təminatçı ölkələrdən biri, beynəlxalq terrorizmlə mübarizə üçün dünya dövlətləri ilə birgə mübarizənin təşkilatçısı olması göstərir ki, Azərbaycan dünya siyasətinin əsas və aparıcı dövlətlərindən biridir.

Azərbaycan regional inkişafın əsas dayağı olan ölkələrdən biridir. Böyük neft-qaz layihələrindən sonra Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars beynəlxalq dəmiryolu xəttinin açılışı Azərbaycanın böyük layihələrin reallaşmasında dünya üçün əvəzedilməz bir dövlət olduğunun göstəricisidir. Bütün bu nailiyyətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən indiyədək Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Artıq regionun aparıcı dövləti olan Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən etibarlı strateji tərəfdaşa çevrilmişdir. Azərbaycan bu gün demokratik modernizasiya və milli dəyərlərin harmoniyası ilə dünya üçün örnək olan ölkələrdəndir. Multikultural dəyərlər, mədəniyyətlərarası dialoq, tolerantlıq Azərbaycan cəmiyyətinin əsas aparıcı və prioritet xətlərindəndir. Bu gün Azərbaycan dünyanın toqquşan maraqlarının belə dialoq məkanlarından biridir. Azərbaycan paytaxtında dəfələrlə yüksək səviyyəli NATO-Rusiya, ABŞ-Rusiya danışıqları aparılır. Azərbaycan dövləti bu yüksək etimadı məhz Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qazanmışdır. Aparılan ictimai rəy sorğularının nəticələri göstərir ki, Azərbaycan seçicilərinin 80 %-dən çoxu ölkədə davamlı sosial – iqtisadi inkişaf və modernləşmə xəttinin davam etdirilməsinin tərəfdarıdır.

Bütün bunları nəzərə alaraq, “Ağ Yol” Vətəndaş Hərəkatı, vətəndaşları Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkədə sosial dövlət quruculuğunun təminatçısı olan cənab İlham Əliyevə səs verməyə çağırır. “Ağ Yol” Vətəndaş Hərəkatı cənab İlham Əliyevin uğurlu inkişaf yoluna “DAVAM” deyir və bu gündən etibarən “Prezidentin 20 ən böyük uğuru” adlı kompaniyaya start verdiyini bəyan edir!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
10:10 Əbədiyaşarlıq rəmzi - Əli Həsənov Heydər Əliyevdən YAZDI XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az