t s

» » Azər Bayramovun maliyyə hökmranlığının sonu: HƏBS?

Azər Bayramovun maliyyə hökmranlığının sonu: HƏBS?

19-03-2018, 09:28 Yazar:  Gülnar Baxılıb: 168 Çap et
Azər Bayramovun maliyyə hökmranlığının sonu: HƏBS?
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Bankdan verilən məlumata görə, iclasa sədrlik edən Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq bankın sağlamlaşdırılması və restrukturizasiyası proqramı praktik olaraq başa çatıb.


Nazir bildirib ki, bankın 2017-ci il üzrə maliyyə nəticələri müsbətdir: “Şübhəsiz ki, bu müsbət nəticələrə dövlətin zəruri dəstəyi olmadan nail olmaq mümkün deyildi. ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib, bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb, bankın əmanətçilərinin, bankda xidmət olunan hüquqi şəxslərin və digər qeyri-rezidentlərin maraqlarını dövlət qoruyub. Bunun nəticəsidir ki, bankın kredit reytinqləri yüksəlməyə başlayıb”. Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunublar.

Xatırladaq ki, indiyədək Beynəlxalq Bankın Müşahidə Şurasının Sədri vəzifəsini maliyyə nazirinin müavini Azər Bayramov tuturdu. O isə faktiki olaraq Cahangir Hacıyevin həbsindən sonra bankın idarəçiliyini tam şəkildə öz nəzarətinə keçirmişdi. Təsadüfi deyil ki, Cahangir Hacıyevin həbsindən dərhal sonra A.Bayramov Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə yaxın dostu Elmar Məmmədovu təyin etmişdi. Hansı ki, onun qısa müddətli rəhbərliyi dövründə Beynəlxalq Bankın borclarının milyardlarla manat artdığı, böyük talançılığın olduğu bildirilir. Bundan əlavə, Beynəlxalq Bankda baş verən talançılığın birbaşa məsuliyyətini Müşahidə Şurasının rəhbərliyi daşıdığı halda dəyişdirilməməsi ictimaiyyətdə haqlı suallar yaratmışdı. Belə ki, Maliyyə Nazirliyinin əsas səhmdarlarından olduğu ABB-nin Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramovla digər təmsilçi bu illər ərzində bir dəfə də olsun, C.Hacıyevin bu əməlinə açıq etiraz etməyiblər. Yəni onların nə vaxtsa Cahangir Hacıyevə etiraz etdiyinə dair ortada fakt yoxdur. Lakin ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev başda olmaqla, bankın demək olar ki, əksər məsul əməkdaşları ya həbs olundu, ya da işdən çıxarıldılar. Amma bu işə məsul şəxslərdən sayılan Azər Bayramova “gözün üstə qaşın var” deyən olmadı. Bu məsələ ilə bağlı xatırladırıq ki, əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Azər Bayramovu yaxından tanıyanlar, onun kimə bağlılığından xəbərdar olanlar bilirlər ki, onun Cahangir Hacıyevə nəinki təsir etmək, hətta yeri gələndə, istənilən qərarı ləğv etməyə gücü çatırdı. Maraqlı məqam isə odur ki, Hacıyevdən sonra ABB-yə sədrlik edən Elmar Məmmədov da “vuruldu”, yenə də ABB-nin Müşahidə Şurasının sədri “sudan quru” çıxdı. Amma indi Beynəlxalq Bankın Müşahidə Şurası və İdarə Heyətinin rəhbərliyindəki dəyişikliklər hakimiyyətin bankda gedən proseslərdən narazı qaldığını göstərir. Hadisələrin bu gedişatı isə, uzun illər ölkənin maliyyə sistemində fironluq edən A.Bayramovun hüquqi məsuliyyətini də istisna etmir.(cumhuriyyet.az)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:13 Yol üstündə olan Şərifov nə ilə yadda qalacaq? - uğursuz nazir, maliyyə təxribatı və… Son illərdə "yuxarıların" birmənalı şəkildə hədəfində olmasa da, müxtəlif siyasi qanadların nişangahına gələnlərdən biri maliyyə naziri Samir Şərifov olub. Amma hazırki situasiya fərqlidir. İndi S.Şərifov papağını göyə ataraq bayram etməkdədir. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az