t s

» » SDU-da Novruz bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olundu

SDU-da Novruz bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olundu

16-03-2018, 22:15 Yazar:  Gülnar Baxılıb: 124 Çap et
SDU-da Novruz bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olundu
Elxan Hüseynov: Məhz Ulu öndərin hakimiyyəti illərində Novruza milli bayram statusu verildi

Baharın təravətli nəfəsini özü ilə gətirən Novruz sevinci artıq hər bir yerdə duyulur. Ölkəmizin bütün guşələrində olduğu kimi Sumqayıt Dövlət Universitetində də Novruz bayramı ilə əlaqədar tədbir keçirildi. Universitetin həyətində təşkil olunmuş tədbirdə fakültələrin bayram xonçalarına baxış keçirildi.

Rektor professor Elxan Hüseynov çıxış edərək xalqımızı Novruz bayramı münasibətilə təbrik etdi, Novruz bayramının qədim tarixindən, adət-ənənələrindən habelə ölkəmizdə milli - mənəvi dəyərlərin qorunub saxlanmasından və daha da inkişaf etdirilməsindən bəhs etdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində Novruza milli bayram statusu verildi. Bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə apardıqları səmərəli xidmətləri danılmazdır. Bunun nəticəsi olaraq Novruz bayramı 2009-cu il sentyabrın 30-da BMT-nin ali mədəniyyət qurumu olan UNESKO-nun qeyri maddi - mədəni irs siyahısına daxil edilərək, 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının qərarı ilə 21 mart rəsmi qaydada Beynəlxalq Novruz Günü kimi elan edildi. Yəni Novruz bayramı 2010-cu ildən başlayaraq dünya səviyyəsində qeyd edilən beynəlxalq bir təqvimə çevrildi.

Rektor çıxışında Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə tarixi torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə, bütün məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdacaqlarına, Novruz tonqallarının Laçında, Şuşada, Ağdamda, Kəlbəcərdə və digər işğaldan azad ediləcək rayonlarımızda yandırılacağına əminliyini bildirdi.

Bayram tədbirində tonqal alovlandırıldı, müxtəlif milli oyunlar, Novruz adətləri, xüsusi zövqlə bəzədilmiş rəngarəng Novruz xonçaları, uzaqdan belə ətri ilə insanı məst edən, dadından, təamından doyulmayan milli mətbəximizin nümunələri nümayiş olundu.Əsl kənd ab-havası yaradan milli samovar çayı, Novruzun əsas qəhrəmanlarından olan Kosa və Keçəl, Bahar qızının məzəli-duzlu söhbətləri isə hər kəsdə xoş ovqat yaratdı. Konsert proqramı ilə davam edən bayram tədbirinə respublikamızın tanınmış incəsənət xadimlərinin ifaları və universitetin “Səma” rəqs qrupunun maraqlı nömrələri rəng qatdı.

Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan tədbir iştirakçıları tərəfindən böyük coşğu ilə qarşılandı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
18:09 Rufiz Qonaqov və Elşad Mirbəşiroğlu: “Böyük şəxsiyyətin təkrarsız portret cizgiləri ” MƏQALƏ Klassik alman fəlsəfəsinin yaradıcılarından olan Hegel tarixi şəxsiyyətlərin xarizması haqqında belə qeyd edirdi: “Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük,
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
10:13 Keçəl və Kosa qıcıq doğurur, amma... Folklor ədəbiyyatındakı obrazlarla müasirlər arasında fikir ayrılığı var Son illər hər Novruz bayramında bu müzakirələr başlanır. Ekran qarşısında əyləşən tamaşaçılar Novruzun atributlarından olan Kosa və Keçəlin hərəkətlərindən bezir, bu şou-tamaşanın daha səviyyəli olmasını arzulayır. Çoxları
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az