t s

» » Beyləqanda məmur çəkişməsi…- İDDİA

Beyləqanda məmur çəkişməsi…- İDDİA

14-03-2018, 20:01 Yazar:  Gülnar Baxılıb: 160 Çap et
Beyləqanda məmur çəkişməsi…- İDDİA
Beyləqan rayonunda Subartezian Quyularının İstismarı İdarəsinin müdiri icra başçısının istədiyi “hesabı” ödəməkdən imtina etdiyi üçün təzyiqlərə məruz qalır.


Rayondan milliyol.az-a verilən məlumata görə, Subartezian Quyularının İstismarı İdarəsinin müdiri Möhübbət Heydərovla icra başçısı Vaqif Abdullayev arasında “soyuq küləklər” əsir. İddia edilir ki, həyata keçirdiyi maxinasiyalar sayəsində “kiçik oliqarxa” çevrilən Möhübbət Heydərov pul üstündə başçı ilə üz-üzə qalıb. İdarə müdirinin yaxın adamlarının verdiyi məlumatda qeyd edilir ki, icra başçısı ondan Beyləqanda tikintisinə başlanılan Tarix Muzeyi üçün pul tələb edib. Başçısının qanunsuz tələbini maddı sıxıntıları olduğu üçün təmin edə bilməyəcəyini deyən Möhübbət Heydərov “qara siyahı”ya salınıb.

Mənbə bildirir ki, əslində Möhübbət Heydərov Vaqif Abdullayevin istədiyi pulu vermək gücündədir. Sadəcə olaraq, Beyləqanda idarə müdirləri icra başçısının saxta təmir-tikinti “siyasətindən” cana doyublar. Məhz buna görə Möhübbət Heydərov Vaqif Abdullayevin göstərişini geri çevirərək istədiyi pulu verməkdən imtina edib.

Qeyd edilir ki, Möhübbət Heydərov icra başçısının göstərişini geri çevirəndən sonra Vaqif Abdullayev onun gününü “qara” edib. Belə ki, başçı hər tədbirdə idarə müdirini tənqid edir, ona qarşı vətəndaşların şikayətlərini dilə gətirir. Hətta onu tutduracağı ilədə hədələyir.

İddiaya görə, Möhübbət Heydərov da etdiyi hərəkətdən peşman olaraq başçı ilə barışmaq istəyir. Ancaq Vaqif Abdullayev idarə müdirini hələ ki, yaxınına buraxmayaraq, onu ciddi təziq altında saxlayır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:36 Şahin Məmmədovun Ağcabədi macəraları - ŞİKAYƏT VAR Ağcabədi rayonunda cərəyan edən məsələlər, məmur özbaşnalığı və icra başçısı Şahin Məmmədovun Ağcabədidə yaratdığı anormal və analoqu olmayan vəziyyətlə bağlı silsilə yazılar dərc edirdik. Son günlərin gedişatı onu göstərdi ki, kiv-də gedən yazılar Ağcabədidə vəziyyəti yaxşılığa doğru dəyişmək
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
11:39 Həbslər bölgələrə də çatdı - Məmur saxlanıldı Beyləqanda idarə müdiri həbs edildi? Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinin rəhbəri Möhübbət Heydər tenderləri qazanc mənbəyinə çevirib Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeçiliyində fəaliyyət göstərən bir sıra idarə və təşkilatlarda kifayət qədər ciddi qanun pozuntuları
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az