t s

» » “Təlim adı altında cəmləşib hücum edə bilərlər...” - Ordumuz ermənilərin kürkünə birə salıb...

“Təlim adı altında cəmləşib hücum edə bilərlər...” - Ordumuz ermənilərin kürkünə birə salıb...

13-03-2018, 13:11 Yazar:  Gülnar Baxılıb: 151 Çap et
“Təlim adı altında cəmləşib hücum edə bilərlər...” - Ordumuz ermənilərin kürkünə birə salıb...
Azərbaycan ordusunun dünəndən başlayan irimiqyaslı hərbi təlimləri erməni hərbi dairələrində ciddi narahatlıqla izlənir.

Virtualaz.org xəbər verir ki, rəsmi İrəvan bu təlimləri “ATƏT öhdəliklərinin pozulması” adlandırıb. Erməni generallar isə narahatdır ki, Azərbaycan ordusu təlim adı altında strateji istiqamətlər üzrə cəmləşərək qəfil hücum edə bilər.

“Biz ayıq-sayıq olmalıyıq, kəşfiyyat vasitələri ilə müəyyən etməliyik ki, Azərbaycan bu irimiqyaslı təlimlərlə hansı məqsədi güdür. Axı bu təlimlər hərbi-strateji əhəmiyyət daşıyır, operativ və strateji mühüm istiqamətlər üzrə keçirilir. Hansı ki, bu istiqamətlərdə hücum və əks-hücum taktikaları sınanır”-hazırda Ermənistan fövqəladə hallar nazirinin müavini olan general, “Qarabağ veteranı” Astvatsatur Petrosyan 1in.am saytına deyib. Onun sözlərinə görə, hərb qanunlarına əsasən hərbi əməliyyatlardan əvvəl həmişə genişmiqyaslı təlimlər olur.

“Hərbi təlimlər adı altında bütün qüvvələri toplayırlar və bu təlimlər altında maskalanaraq sakitcə ikinci mərhələyə keçirlər, müharibəni modelləşdirirlər. Bu istisna deyil, biz hazır olmalıyıq. Düşmən hərbi təlimlər keçirəndə erməni qoşunları həmişə tam döyüş hazırlığı vəziyyətinə gətirilir”-erməni general deyib.




Qarabağ müharibəsinin digər bədnam “qəhrəmanı”, general Arkadi Ter-Tadevosyan isə deyir ki, Rusiya və Türkiyə Azərbaycana Ermənistanla döyüşməyə imkan verməz. Ona görə narahat olmaq lazım deyil.

“Bu, əvvəldən planlaşdırılmış təlimlərdir. Bütün texnikanı nümayiş etdirirlər, lakin bizi qorxutmaq çətindir. Lakin istənilən halda hazır olmalıyıq və sübut etməliyik ki, müqavimət gücümüz var”-o bildirib.

Ter-Tadevosyan deyib ki, 2016-cı ilin aprelinə qədər Azərbaycan məxfi təlimlər keçirmşdi və bundan sonra hücuma keçmişdi. İndi isə təlimlər barədə əvvəlcədən elan edilib. “Onlara inanmaq olmaz, hər dəqiqə hücuma keçə bilərlər, lakin biz hazır olmalıyıq”-qoca general deyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:53 Eldar Namazov: “Ölkənin bütün hərbi və məxfi sənədləri prezidentə mənim vasitəmlə çatırdı” Politoloq: “4 günlük hərbi əməliyyatlarda Azərbaycan ordusunun gücünün ən çoxu beş faizi istifadə olundu”; “24 saat ərzində bu kəşfiyyat döyüşü bütün bizə lazım olan nəticələri verəndən sonra Azərbaycan rəhbərliyi elan etdi ki, biz birtərəfli qaydada atəşkəs elan edirik” Mediaxeberleri.az xəbər
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az