t s

» » Sulu qar yağacaq - Belə deyirlər...

Sulu qar yağacaq - Belə deyirlər...

13-03-2018, 13:01 Yazar:  Gülnar Baxılıb: 147 Çap et
Sulu qar yağacaq - Belə deyirlər...
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Martın 14-15-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:28 Sabah hava qarlı və küləkli olacaq Fevralın 8-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var. Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
21:13 Proqnoz açıqlandı - Arabir yağış yağacağı gözlənilir Sabah hava necə olacaq? Aprelin 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi günün
16:34 Sabahın hava proqnozu - Martın 23-də Bakı və Abşeronda arabir güclənən şimal küləyi əsəcək Martın 23-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq. Günün ikinci yarısından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu
22:22 Sabah bəzi yerlərdə yağış yağacaq Azərbaycanda gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
00:15 Sabaha yağış söz veriblər Martın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediaxeberleri.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az