t s

» » "Jurnalist, səni tutduracam" - Bərdədə at oynadan DYP rəisi

"Jurnalist, səni tutduracam" - Bərdədə at oynadan DYP rəisi

13-03-2018, 10:16 Yazar:  Səxavət Məmməd Baxılıb: 181 Çap et
"Jurnalist, səni tutduracam" - Bərdədə at oynadan DYP rəisi
Bərdə rayonunda DYP əməkdaşlarının sürücüləri qorxu altında saxlaması ilə bağlı araşdırma aparan jurnalist rəis tərəfindən prokurorluğa veriləcəyi ilə hədələnib.

Bununla bağlı məlumatı Anaxəbər. az saytının baş redaktoru Azər Talıbov Yenicag.az-a açıqlamasında bildirib.

Azər Talıbovun sözlərinə görə, Bərdə rayonunda yol polisi sürücülərdən rüşvət yığır və onları qorxu altında saxlayır:

“Bərdədə olanda DYP əməkdaşlarının sürücüləri incitdiyini gördükdən sonra məsələni araşdırmağa başladım. Araşdırma məqsədi ilə hansı taksiyə oturdumsa, hamı şikayət etdi. Onlar hətta qorxularından danışmaq istəmir, danışanlar da tərəddüdlə “əgər bunu mənim sizə dediyimi bilsələr, Anar müəllim məni Bərdədən yox edər”, dedi. DYP əməkdaşları taksi sürücülərindən haqq tələb etməklə yanaşı, onlara susmağı da tapşırırlar. Bunları yazdıqdan sonra Bərdə rayon DYP rəisi Anar Cəlilov məni görüşə dəvət etdi və dedi ki, səni tutduracam”.

Azər Talıbov bildirib ki, DYP rəisi Anar Cəlilov ondan şikayət edən sürücülərin adlarını tələb edib. Jurnalist məsələ ilə bağlı prezidentə müraciət ünvanlayıb.

Səxavət Məmməd




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
10:28 Bakı küçələri ermənilərin nəzarətinə keçir – Taksi ilə gələn “bomba” - ARAŞDIRMA - Fotolar "Yandex.Taksi" şirkətinin Azərbaycanda fəaliyyətə başlayacağına dair xəbərlər ölkə mətbuatında az qala işıq sürətilə yayıldı. “Yandex.Taksi” Azərbaycana gəlir” kimi başlıqlı xəbərlərdə bu şirkətin göstərəcəyi xidmətlərdən və hətta bu vaxta qədər Azərbaycanda görünməmiş sistemin tətbiq olunacağından
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az