t s

» » Yalançı gülüşlər üzümüzdə qırışlar yaradıb - Seymur Verdizadə yazır

Yalançı gülüşlər üzümüzdə qırışlar yaradıb - Seymur Verdizadə yazır

12-03-2018, 22:47 Yazar:  Gülnar Baxılıb: 136 Çap et
Yalançı gülüşlər üzümüzdə qırışlar yaradıb - Seymur Verdizadə yazır
Seymur VERDİZADƏ


Dostum sənətdən anlamasa da, arvadının arzusuna uyğun olaraq, arabir teatrlara, əyləncəli tədbirlərə gedir. Mənə də bilet aldığı üçün dörd-beş gün əvvəl onlara qoşulub, teatra getdim. Mən onsuz da mədəni-kütləvi tədbirlərdə tez-tez iştirak edirəm. Amma dostumun zövqünü yoxlamaq üçün bu dəfə onun təklifindən imtina etmədim...

Sabit Rəhmanın başmağını geyinənlər, özlərini Bəşir Səfəroğlunun, Lütfəli Abdullayevin varisi hesab edənlər bu missiyanın öhdəsindən layiqincə gələ bilmədikləri üçün maraqlı bir tamaşa izləyəcəyimizə əvvəlcədən inanmamışdım. Di gəl ki, salonu tez-tez şaqraq qəhqəhə sədaları bürüyür, sağımda, solumda əyləşən adamlar uğunub özlərindən gedirdilər. Bizdən qabaqda oturan iki zırrama isə tez-tez ayaqlarını yerə döyməklə əməlli-başlı zəhləmi tökürdülər. Axırda özümü saxlaya bilməyib, dostumu dümsüklədim: “Niyə gülürsən?”

Cavabı belə oldu: “Biletlərə bir ətək pul vermişəm. İstəmirəm mayam batsın”.

Bu dəfə mən güldüm. Həm də ürəkdən...

Maraqlısı isə o idi ki, dostum hər dəfə güləndə özü kimi səy olan arvadı da ona qoşulub, özündən gedirdi...

Birinci hissə başa çatandan sonra çay içmək üçün foyeyə çıxdıq. Qarmaqarışıqlıqdan istifadə edib, dostumu məzəmmət etməyə başladım: “Elxan, sənin bu qədər zövqsüz adam olduğunu bilmirdim. Aktyor əlini saçına aparanda da, uğunub özündən gedirsən...”

Dostum ətrafa göz gəzdirib, həyat yoldaşının bizi eşitmədiyinə əmin olandan sonra belə dedi: “Arvadımın xatirinə belə edirəm. Əgər gülməsəm, evdə günümü qara edəcək ki, niyə məni maraqsız tamaşaya apardın?”

İkinci hissə birinci hissədən də mənasız idi. Buna baxmayaraq, gülüş sədaları bir dəqiqə belə ara vermirdi. Jurnalist marağı güc gəldiyi üçün sağ tərəfimdə əyləşən kişiyə tərəf çevrilib, ondan soruşdum: “Ağsaqqal, niyə gülürsən?”

Cavab unikal idi: “Aktyorları həvəsləndirirəm...”

Ağsaqqalın sayəsində iki saat ərzində ikinci dəfə güldüm...

Ötən həftə özəl televiziya kanallarının birində qonaq idim. Çəkiliş zamanı aparıcı gənc müğənnidən yumorla arasının necə olduğunu soruşdu. Oğlan cavab vermək əvəzinə gülməyə başladı. Aparıcı üzünü bozartdı: “Niyə gülürsən?”

Müğənni özünü yığışdırıb, belə dedi: “Vərdiş etmişəm”.

Qonaqların da aparıcıya qoşulub, təəccüblə ona baxdığını görəndə, əlavə izahat verməli oldu: “Məni qınamayın. Kim qabağıma çııxrsa, işimin xatirinə onun üzünə gülürəm. Danışmazdan əvvəl gülmək məndə vərdişə çevrilib”.

Studiyadan şaqraq qəhqəhə sədaları yüksəldi...

Hamı gülüb yorulandan sonra oğlan daha bir etirafda bulundu: “Yalançı gülüşlər üzümdə qırışlar yaradıb...”

Səhər işə gələndə tanışlarımdan birinin çoxdan görüşmədiyim oğlu ilə qarşılaşdım. Hal-əhval tutandan sonra gülə-gülə belə dedi: “Atam dünən sizin qəzeti almışdı. Məqalənizi çox bəyəndim...”

Çap mətbuatı ilə dörd il əvvəl vidalaşdığım üçün onun yalan danışdığına zərrə qədər də şübhəm yox idi. Amma cavan olduğunu nəzərə alıb, bunu Amilin üzünə vurmadım. Biz bir qədər ordan-burdan söhbət edəndən sonra oğlan sifətinə süni ifadə verib, mənimlə sağollaşmaq istədi. Bu vaxt onu diqqətlə nəzərdən keçirdim. Cavan olsa da, nazik qırışlar sifətində özünə yer eləyə bilmişdi. Ötən həftə tanış olduğum gənc müğənninin sözlərini xatırlayıb, qeyri-ixtiyari dilləndim: “Sən də tez qocalacaqsan”.

Oğlan halını da pozmadı: “Bizdə nəsillikcə belədir. Atam da, babam da vaxtından əvvəl qocalıblar...”

Amil bu sözləri deyib, yenə güldü. Sifətindəki nazik qırışlar indi daha aydın görünürdü...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az