t s

» » 2012-2016-ci illərdə Azərbaycanda 308 məktəbyaşlı qadın abort etdirib – RƏSMİ

2012-2016-ci illərdə Azərbaycanda 308 məktəbyaşlı qadın abort etdirib – RƏSMİ

12-03-2018, 21:27 Yazar:  Məmməd Məmmədov Baxılıb: 123 Çap et
2012-2016-ci illərdə Azərbaycanda 308 məktəbyaşlı qadın abort etdirib – RƏSMİ
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi-katibi, Doğuşayardım Komissiyasının cənub bölgəsi üzrə kuratoru Leyla Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

L.Məmmədova “Report”a açıqlamasında qeyd edib ki, burada söhbət sırf məktəblilərdən yox, yeniyetmələrdən gedə bilər: “İlkin olaraq qabardılmalı məsələ erkən nikahlardır. Çünki abort olanda bu o demək deyil ki, yeniyetmə bunu öz istəyi ilə edib. Çox vaxt erkən nikahlar zamanı vaxtından əvvəl düşüklər, inkişafdan qalmış hamiləliklərin hamısı ümumi abortların statistikasında cəmləşir. Erkən nikah məsələsində söhbət təkcə məktəblidən getmir. Söhbət məktəbdən yayındırılıb ailə quran yeniyetmələrdən gedir”.

Hamiləliyin vaxtından əvvəl pozulması məsələsinə gəlincə, Doğuşayardım Komissiyasının mütəxəssisi vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı 10-19 yaşarası olanları yeniyetmə hesab edir: “Əgər hamilə qalan qadının 18-19 yaşı varsa, o, öz arzusu ilə bunu sonlandıra bilər. Yox əgər söhbət yetkinlik yaşına çatmayanlardan gedirsə, hamiləliyin 11-ci həftəsinə qədər onlara sonlandırma məsləhət görülür. Digər qalan məsələlər isə tibbi göstərişdir. Bu zaman da hamiləliyin 12-ci həftəsinə qədər həmin şəxsin qanuni nümayəndəsinin icazəsi ilə hamiləlik sonlandırıla bilər”.

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi-katibi əlavə edib ki, inkişafdan qalmış hamiləlik də statistikada abortların arasında qeyd olunur: “Yeniyetmə yaşlarında döldə qüsurun olması ehtimalı çox yüksəkdir. Bundan başqa, yeniyetmənin sağlamlığı ilə bağlı bədəndə tibbi göstəriş meydana çıxır ki, hamiləlik sonlandırılsın. Çünki yeniyetmə orqanizmi bir çox hallarda dölü tam yetişdirmək imkanına malik olmur”.

“Report” məsələni gündəmə gətirən təhsil məsələləri üzrə ekspert Kamran Əsədova da müraciət edib. O deyib ki, hər il aidiyyəti dövlət orqanları müxtəlif statistik göstəricilər açıqlayır: “Mən də təhsil araşdırmaçısı olaraq onları toplayır, bu və ya digər yazılarda istifadə edirəm. Hər il abort etdirən xanımların sayı barədə və onları yaş həddi haqqında məlumat yayılır. Orada hər il qeyd olunur ki, 15-18 yaşlarında olan bu qədər xanım abort edilib. Əlbəttə ki, onların məktəbli olub-olmaması barədə məlumat yoxdur. Amma 15-16-17 yaşlarında olan şəxs qanunvericilik aktlarına görə məktəbli hesab olunur. İllər ərzində KİV-də çıxan rəqəmlərdən əgər aidiyyəti şəxslərin xəbəri yoxdursa, bu artıq onların vəzifəsinin öhdəsindən gələ bilməməsi deməkdir. Bu rəqəmlər rəsmi saytlara istinad edilərək götürülüb”.

“Report” bildirir ki, Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2012-2016-ci illər ərzində ümumilikdə 308 abort (2012-ci ildə 63, 2013-cü ildə 88, 2014-cü ildə 88, 2015-ci ildə 50, 2016-cı ildə 19) məhz 15-17 yaş arası olan qadınları əhatə edir. 2017-ci ilin statistikası isə hələ açıqlanmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
01:17 Aborta görə cinayət məsuliyyətinin genezisi və perspektivləri Hamiləliyin süni surətdə pozulması qadınların sağlamlığına neqativ təsir göstərən mühüm tibbi-sosial amillərdən sayılır. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı abortu dünyanın əksər ölkələrindəqadınların reproduktiv sağlamlığına ciddi təhlükə yaradan problem kimi qiymətləndirmişdir.
18:12 Abort eşqinə pul qazanan həkimlər - Gizli cinayət - Abort cəzası - 200 manat, 6 ay və ya 5 il Ölkədə abort yolu ilə “körpə qətli” davam edir. Təəssüf ki, məsələ ilə bağlı vəziyyətdə ötən illərlə müqayisədə hər hansı düşüncə dəyişikliyi hiss edilmir. Çox qadın arzuolunmaz hamiləlik və ailə planlaşdırması barədə məlumatsızlıq ucbatından ginekoloqla məsələni həll etməyə can atır. Sözsüz, abort

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az