t s

» » Məktəblərdə sığorta biznesi rüzgarı… – Narahatçılıq

Məktəblərdə sığorta biznesi rüzgarı… – Narahatçılıq

12-03-2018, 21:24 Yazar:  Gülnar Baxılıb: 129 Çap et
Məktəblərdə sığorta biznesi rüzgarı… – Narahatçılıq
Azərbaycanda məktəblilərin sığortalanmasına başlanıb.“Bakı Sığorta” şirkəti “Sığortalı məktəbli” adlı məhsulu ilə gündəmə gəlib.Şirkət 9 manata məktəbliləri sığortalayacaq.Amma bu sığortalanma valideynlərin hesabına başa gələcək. “Bakı Sığorta” məktəb saatları ərzində baş verəcək kiçik və böyük qəzalarda özü xərc çəkəcək. Həkim, dərman preparatları və digər lazım olan xərcləri şirkət qarşılayacaq.Hətta 2000 manatadək yaranan xərclər sığorta şirkəti tərəfindən ödəniləcək.2000 manatlıq təminata görə isə valideynin ödəyəcəyi məbləğ cəmi 9 manat olaraq təyin edilib.

Ekspertlərin fikrincə, fərq etməz, bütün sahələrdə sığortalanma prosesi dövlət tərəfindən həyata keçirilməlidir.Dünyanın bir çox ölkələrində sistem dövlət tərəfindən təmin olunur və əhalinin hər bir vətəndaşının təhlükəsizliyi bu təminatla qorunur.Eləcə də məktəblilərin sığortalanması da dövlət hesabına icra olunur.Bundan əlavə təhsil almaq icbari və pulsuz olduğu üçün məktəblilərin sığortalanması da bu səbəbdən dövlət hesabına təmin olunmalıdır.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, ümumilikdə məktəb şagirdlərinin sığortalanması çox müsbət addımdır. Çünki ortaya çıxan istənilən bədbəxt hadisələr zamanı bəzi hallarda valideynlərin maddi imkansızlıqları ucbatından xəsarət dəhşətli fəsadlara çevrilir:

“Bu halda dövlət həmin maddi imkanları qarşılamalıdır. Qardaş Türkiyədə bu sistem bir neçə formada uzun müddətdir ki, tətbiq edilir.Belə ki, Genel Sağlık Sigortası adı altında bütün təhsil alanlar sığortalanır və onlar təhsil aldıqları müddətdə adi tibbi müayinədən tutmuş, ciddi əməliyyatlara qədər məhz sığortanın vəsaitindən istifadə edirlər”.

Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasına və Təhsil haqqında qanuna görə dövlət şagirdlərə pulsuz orta təhsil vermək öhdəliyini götürüb.Bu zaman ortaya çıxacaq münasibətlərin və ödənişlərin hamısı dövlət büdcəsi hesabına həyata keçirilir. Hətta Azərbaycan Respublikası prezidentinin 2004-cü il sərəncamı ilə orta məktəblərdə təhsil alanlar bütün dərs vəsaitləri ilə pulsuz, dövlət büdcəsinin vəsaiti hesabına təmin olunurlar. Sözügedən sığorta da dövlət hesabına həyata keçirilməlidir:

“Azərbaycanda hələ icbari tibbi sığorta belə həyata keçirilmir. Amma bütün dünya ölkələrində bu sistem işləkdir.Avropa və Amerika ölkələrinin hər birində şagirdlər məcburi qaydada sığortalanır.Azərbaycanda sığorta fəaliyyəti hələ ki yenidir və tam öz yerini tutmayıb.Buna səbəb bəzi hallarda sığorta şirkətlərinin insanları aldatması, ödənişlərin verilməsi ilə bağlı yaratdıqları problemlərdir.Amma hesab edirəm ki, şagird və tələbələrin sığortalanması məcburi və dövlət vəsaiti hesabına həyata keçirilməlidir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az