t s

» » Ceyhun Musaoğlundan mərhum jurnalistlərin ailələrinə dəstək təklifi

Ceyhun Musaoğlundan mərhum jurnalistlərin ailələrinə dəstək təklifi

12-03-2018, 20:57 Yazar:  Gülnar Baxılıb: 135 Çap et
Ceyhun Musaoğlundan mərhum jurnalistlərin ailələrinə dəstək təklifi
"Biz sağıq, amma onlar dünyalarını dəyişiblər. Mətbuatın inkişafında, cəmiyyətin dolğun və operativ informasiya ilə təminatında mərhum jurnalistlərimizin rolu danılmazdır. Dünyasını dəyişən həmkarlarımızın hər biri sağlığında tanınmış imza olublar. Biz dirilərin borcu onların ailələrinə qayğı göstərməkdir. Təəssüf ki, sağ jurnalistlər mərhum jurnalistlərdən mənəvi mənada aralı düşüblər".

Bu fikirləri Azərbaycan Mətbuat Şurasının VII qurultayındakı çıxışı zamanı Jurnalist Ekspert Mərkəzinin sədri, Azerfaks.az informasiya portalının redaktoru Ceyhun Musaoğlu səsləndirib.

JEM sədri maraqlı təklif də irəli sürüb. C.Musaoğlu deyib ki, mərhum jurnalistlərin ailələrinə dəstək məqsədi ilə fondun yaradılması zəruridir. Fond mərhum jurnalistlərin ailələrinə maddi yardım şəkilində dəstək göstərəcək.

Maliyyənin mənbəyinə gəldikdə isə JEM sədri bu işdə dövləti əziyyətə salmağın tərəfdarı olmadığını bildirib: "Dövlət jurnalistlərin qayğısına az qalımır. Cənab Prezident İlham Əliyevin sərəncamları ilə jurnalistikaya mütəmadi maddi yardımlar ayrılır. Biz öz həmkarlarımıza dəstək olmaq istəyiriksə bu işi məvacibimizin, qonorarımızın hesabına görsək, daha yaxşı olar. Bir nəfərin verəcəyi 5 manat böyük məbləğ deyil, amma bu manatlar bütün redaksiyaların, qurumların mətbuat xidmətlərinin hesabına toplansa, böyük məbləğ edir"JEM sədri çıxışında maliyyənin toplanması mexanizmini göstərməsə də, qurumdan yayılan məlumatda qeyd olunur ki, hər ay KİV redaksiyaları əməkdaşa verilən məvacibdən 5 manat saxlayır. O pullar bankda açılan xüsusi hesaba toplanır. JEM hər ay yığılan pullar barədə redaksiyların adlarını göstərməklə açıqlamalar yayır. Təbii ki, hər redaksiya banka nə qədər pul yatızdırdığını bilir. Beləliklə şəffaflıq qorunur.

Bəs yığılan pullar mərhum jurnalistlərin ailələri arasında necə bölünür? JEM bunun da sadə həlli yolunu təklif edir. Məlumatda bildirilir ki, bütün mərhum jurnalistlərin siyahısı tutulur. Siyahı həmkarlarımızın soyadlarına uyğun olaraq, əlifba sırası ilə hazırlanır. Hər ay yığılan maddi yardım 200 manatlara ayrılaraq, sıra ilə ailələrə təqdim olunur. Məsələn 3 min manat yığılıbsa, bölünür 200 manata. Yəni hər ay 15 ailə 200 manatla təmin olunacaq. Siyahdakı adlar bitəndən sonra, proses yuxarıdan aşağı təkrar olunacaq.

JEM-dən verilən aşıqlama C.Musaoğlunun bu fikirləri ilə yekunlaşır: "Nazim Hikmət deyirdi: "Yaşamaq bir ağac kimi, tək və hür. Və bir orman kimi qardaşcasına". Biz həmkarlarımızla qardaş olmalıyıq. Qardaşlığın isə o dünyası, bu dünyası olmur. Həm də mənəviyyat rahatlıq tapanda insan özünü çox gümrah və dəyərli sayır. Biz həmkarlarımıza göstərdiyimiz qayğı ilə həm də özümüzün mənəvi aclığımızı doydurmuş oluruq. İnsan düşünəndəki onun cüzi yaxşılığı ilə başqalarına sevinc bəxş olunur, özünü xoşbəxt, lazımlı və rahat hiss edir".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az