t s

» » “Aqrolizinq”in azot alveri- Fermerlərə "gübrə divanı"

“Aqrolizinq”in azot alveri- Fermerlərə "gübrə divanı"

12-03-2018, 20:23 Yazar:  Gülnar Baxılıb: 183 Çap et
“Aqrolizinq”in azot alveri- Fermerlərə "gübrə divanı"
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsi fermerlərə çatacaq azot gübrəsini açıq bazarda satdırır.


Azot gübrəsinin bir kisəsinin fermerlərə dövlət tərəfindən satışı 9 manat 10 qəpikdir. 9 manat azot gübrəsi üçün, 10 qəpik isə fəhlənin əlmuzdusu kimi hesablanır. Sözügedən gübrənin pərakəndə satışı isə 12 manatdır.

Mediaxeberleri.az Yenicag.az-a istinadən xəbər verir ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsi fermerlərə çatacaq gübrəni müxtəlif bəhanələrlə satmayıb, pərakəndə bazara çıxarır.

Saatlı rayon Azadkənd kəndinin sakini Babək Hacıyevin sözlərinə görə, azot gübrəsi onlar üçün əlçatmaz arzuya çevrilib. Deyilənə görə, “Aqrolizinq”dən gübrə almaq üçün növbəyə duran fermerlərə sonda bir cavab verilir: “yoxdur, qurtarıb”:

“Ancaq həmin xammal mağazalarda 12 manata satılır. Mənə dövlətin 9 manata verdiyi bir maddəni niyə 12 manata almalıyam? “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsi fermerləri süründürməklə məşğuldur. Fermerləri o qədər bezdiriblər ki, bəziləri hətta gedib mağazalardan həmin gübrəni 3 manat artığına alır. Kiçik fermerlər də əlacsızlıqdan, taxılları batmasın deyə, gedib 15-20 manat artıq pul ödəyirlər. Ancaq mən 40 kisə azot gübrəsi almalıyam. 40 kisədə 120 manat pul itirirəm. Kənddən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsinə hər dəfə gedəndə yük maşınına 30 manat pul verirəm, ancaq əliboş qayıdıram”.

Fermerin iddiasına görə, “Aqrolizinq” ASC-nin Saatlıdakı bölməsi dövlətin fermerlərə verəcəyi azot gübrəsini pərakəndə bazarda satdırır:

“Azot gübrəsini satırlar; ondan qazandıqlarının heç xeyrini görməsinlər. Bunların əlavə qazanc hərisliyinə görə belə getsə taxıl qıtlığı yaranacaq. Azot gübrəsinin vaxtı var, bir müddət sonra onu taxıla vermək mümkün olmayacaq. Onlar qəsdlə belə edirlər ki, gübrəni onların qoyduğu qiymətə gedib mağazalardan alaq. Bu məsələ ilə bağlı çoxlu sayda şikayətçi var”.

Sonda dövlət rəsmilərinə müraciət edən Babək Hacıyev qeyd edib ki, yerli idarələr fermerlərin işini yüngülləşdirmək əvəzinə, ağırlaşdırır, dövlətin cibinə girirlər. Fermer bununla bağlı bir tədbir görülməsini xahiş edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
19:25 Heydər Əsədovun taxıl müəmması - İTTİHAM VAR “Azərbaycanın artıq yaxın gələcəkdə taxıla olan tələbatını tam həcmdə daxili istehsal hesabına ödəyəcəyi gözlənilir”. Bu sözləri APA-ya hələ iki il əvvəl kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyev demişdi. Nazir müavinin sözlərinə inansaq, “Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3
19:24 Babəkin edam olunmasının ildönümü qarşısında Babəkin edam olunmasının ildönümü qarşısında (Babək martın 14-də edam olunub) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız. Bu gün “Türkel Araşdırma Qurumu”, hər vaxt ulusal dəyərlərimizi qoruyan, bu dəyərlərlə bağlı öz sevgisini, münasi­bətini ortaya qoyan aydınları yenidən bir
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az