t s

» » Göyçayda “təzə azar”: sakinlər başçının vəzifədən alınması üçün imza toplayıb

Göyçayda “təzə azar”: sakinlər başçının vəzifədən alınması üçün imza toplayıb

12-03-2018, 20:02 Yazar:  Gülnar Baxılıb: 170 Çap et
Göyçayda “təzə azar”: sakinlər başçının vəzifədən alınması üçün imza toplayıb
“Artıq 5 gündür ki, Göyçay rayon sakinləri imza toplamağa başlayıblar. Rayon sakinlərini intihar həddinə çatdıran icra başçısı Mehdi Səlimzadənin və qohumlarının özbaşınalıqlarından, qanunsuz əməllərindən Prezident İlham Əliyevə şikayət məktubu yazılıb. Həmin şikayət ərizəsinə 5 gündə 3000 -dən çox rayon sakini imza atıb”.


Belə bir sensasion hadisə haqda AFN-in redaksiyasına bir qrup Göyçay rayon sakini məlumat verib. Sakinlər bildirirlər ki, sözügedən ərizə ölkə rəhbəri İlham Əliyevə göndəriləcək: “Şikayət ərizəsində icra başçısı Mehdi Səlimzadənin və qohumlarının rayon sakinlərinə qarşı etdikləri özbaşınalıqlar əks olunub. Azərbaycanın bütün rayonlarında ümümmilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkı olsa da, Göyçay kimi böyük rayonda belə bir park yoxdur. Mehdi Səlimzadə rayon mərkəzində belə bir parkın yaradılmasına səy göstərməsə də, öz şəxsi biznesini genişləndirmək məqsədi ilə idarə-müəssisə rəhbərlərindən pul toplamaq kampaniyasına start verib. Təkcə Göyçay rayon Xəstəxanasının baş həkimindən, Təhsil Şöbəsinin müdirindən və Maliyyə İdarəsinin rəhbərində hər birindən 30.000 manat pul tələb edib. Bu pul isə rayonda yeni açılmış və genişləndirilmə işləri hazırda davam etdirilən Təzə Bazarın asfaltlanması üçün yığılır. Mehdi Səlimzadənin tələb etdiyi vəsaitin yığılması üçün idarə müdirləri öz işçilərinin maaşlarından pul tuturlar ki, bu da kütləvi narazılıqlar yaradıb. Artıq Göyçay sakinləri bu bazara “təzə azar” adı veriblər. Çünki bu bazar sevdası ilə yaşayan icra başçısının tələbləri kasıb insanların cibindən çıxarılır. Göyçayda hazırda rayon sakinləri bayram əhval-ruhiyyəsində deyil matəm içindədir. Mehdi Səlimzadənin Təzə Bazarı camaata bəla olub. Göyçay rayonunda 4 kolxoz bazarı var ki, beşincisinə heç bir ehtiyac yox idi. Bilmirik Mehdi Səlimzadəni Göyçaya icra başçısı təyin ediblər yoxsa bazar müdiri. Mehdi Səlimzadə demək olar ki, hər gün özünə məxsus Təzə Bazara başının dəstəsi ilə gəlib gəzib baxır. Bu biabırçılıqdır ki, belə hal Azərbaycanın heç bir rayonunda baş vermir. Göyçayda hamı Mehdi Səlimzadəyə bazarkom deyir.
Biz 11 apreldə məmuniyətlə İlham Əliyevin namizədliyini dəstəkləyib ona səs verəcəyik. Hörmətli Prezidentimizdən çox-çox xahiş edirik, yarıtmaz bazar fəaliyyəti ilə insanları cana yığan, dövlətdən narazı salmağa çalışan Mehdi Səlimzadəni vəzifəsindən uzaqlaşdırsın”.
Yazı ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Məktubu aşağıda adları qeyd edilən rayon sakinləri imzalayıb:
Babayeva Dursun Ramiz qızı
Əliyeva Dilşad Faiq qızı
Sadıqov Camal Kamil oğlu
İsmayılov Novruz Sabir oğlu
Həsənova Nüşabə Allahverdi qızı
Məmmədov Zeynal Cavanşir oğlu
Qasımov Azər Soltan oğlu
Xəlilov Orxan Ərəstun oğlu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
10:07 Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ «Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti
23:27 “İnsanilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 37-ci il “İnsanilik” Bayramında deyilmiş fikirlər Asif Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 14 Günəş Ayı, 37-ci ildə (mart, 2015) Qutsal “İnsanilik”Bayramını həyata keçirdi. (Bildirək ki, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Borçalıda
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az