t s

» » Bu gün Beynəlxalq Qadınlar günüdür

Bu gün Beynəlxalq Qadınlar günüdür

8-03-2018, 08:26 Yazar:  Gülnar Baxılıb: 172 Çap et
Bu gün Beynəlxalq Qadınlar günüdür
Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur.

Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.

1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart - Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:46 "Azərbaycanda qadınlar hər zaman xüsusi mövqeyə malik olublar - tarixdən misallar gətirə bilərik" - Əliməmməd Nuriyev “Azərbaycan qadınları humanizmi, yüksək ədalət hissi, məsuliyyət və ictimai maraqları daha çox qorumaları ilə fərqlənirlər” Gender bərabərliyi haqqında bu dəfəki müsahibimiz “Kostitusiya” araşdırmalar fondunun rəhbəri Əliməmməd Nuriyevdir. - Əliməmməd bəy, təşkilatınız 2017-ci il 14 iyunda
07:57 Bu gün"8 Mart" Beynəlxalq Qadınlar günüdür Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb. Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur. Mediaxeberleri.az-ın məlumatına görə, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında
08:53 “Google”un qadınlara sürprizi (FOTO) Dünyanın bir çox ölkələrində qadınlar bu günü bayram edir “Google” dünyanın bir çox ölkələrində keçirilən “8 Mart - Beynəlxalq Qadınlar Günü” üçün xüsusi "doodle" hazırlayıb. Dünyanın müxtəlif ölkərində qeyd olunan bəzi xüsusi bayramlar üçün "doodle" hazırlayan “Google” axtarış sistemi bu gün
01:18 Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda
01:06 8 Mart: Bayram, yoxsa qanlı faciənin tarixi Qadınlara qarşı törədilən zorakılıq dünyada ən çox yayılan, ən az cəzalandırılan cinayətdir Bu gün 8 Mart Beynəlxalq Qadınlar bayramıdır. 8 Mart əslində fəhlə qadınların daha yaxşı iş şəraiti tələbi ilə başlatdığı hüquqi mübarizənin başlanğıc tarixi olsa da, bu gün bütün dünya qadınları bunu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az