t s

» » Azərbaycanda qeydiyyatda olan narkomanların STATİSTİKASI — 30 mini keçiblər

Azərbaycanda qeydiyyatda olan narkomanların STATİSTİKASI — 30 mini keçiblər

7-03-2018, 08:52 Yazar:  Gülnar Baxılıb: 178 Çap et
Azərbaycanda qeydiyyatda olan narkomanların STATİSTİKASI — 30 mini keçiblər
Azərbaycanda 2017-ci il ərzində 2 min 115 narkoman qeydiyyata götürülüb.

Mediaxeberleri.az
"Ölkə.Az"a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən keçən il qeydiyyata götürülən narkomanlardan 1566 nəfər dispanser, 549 nəfər profilaktik qeydiyyatdadır.


Keçən il qeydiyyatdan çıxarılan narkomanların ümumi sayı 1432 nəfər - 488 nəfər dispanser, 944 profilaktik olub.


Beləliklə, Azərbaycan üzrə 30 dekabr 2017-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30 min 131 nəfər olub. Bu narkomanlardan 25 min 139 nəfər dispanser, 4 min 992 nəfər profilaktik qeydiyyatdadır. Narkomanlar arasında 595 qadın var. Toksikomanların ümumi sayı isə 212 nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı 21 min 38 nəfər təşkil edir. Onlardan 470 nəfəri qadındır.


Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31 dekabr 2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29 min 448 nəfər narkoman qeydiyyatda olub. Onlardan 24 min 56 nəfəri dispanser, 5 min 392 nəfəri profilaktik qeydiyyatda olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:21 Narkoloji Mərkəzdəki 25 can alan dəhşətli yanğının səbəbləri – təfərrüat Prezident İlham Əliyev faciə baş verən əraziyə getdi, hadisəni nəzarətə götürdü; Dövlət Komissiyası yaradıldı 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin bir mərtəbəli korpusunda dəhşətli yanğın başlayıb. Hadisə yerinə
22:19 Yanan narkomanların ayaqları bağlı olub? – ŞOK ARAŞDIRMA Xəbər verdiyimiz kimi 2018-ci il 2 mart saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib. Rəsmi məlumata görə, korpusda olan 55 nəfərdən 34-ü xilas edilmiş, onlardan 3-ü Səhiyyə Nazirliyinin
13:28 Azərbaycanda neçə narkoman qadın var ? – Açıqlama Azərbaycanda 2015-ci il üzrə qeydiyyatda olan narkomanların dəqiqləşdirilmiş sayı açıqlanıb. Mediaxeberleri.az APA – ya istinadən xəbər verir ki,, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
10:41 Azərbaycanda narkomanların sayı açıqlandı Narkotik istifadəçilərinin 592 nəfəri qadındır. Azərbaycanda 2015-ci il üzrə qeydiyyatda olan narkomanların dəqiqləşdirilmiş sayı açıqlanıb. Mediaxeberleri.az xəbər verir ki, APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin
14:04 Azərbaycanda ölümcül virusa yoluxan narkomanların sayı artır-SOS Leyla Yolçiyeva: "Bu yolla onsuz da “ağ ölüm” adlanan bəlaya düçar olunan insanların ən azından İİV kimi təhlükəli infeksiyaya yoluxmasının qarşısını müəyyən qədər də olsa almaq olar" "Ötən il ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan 604 nəfərdən 30,6%-i inyeksion yolla bu bəlaya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az