t s

» » Azərbaycanda satılan qoz-fındıqda qorxulu xəstəlik var - DƏHŞƏTLİ açıqlamalar

Azərbaycanda satılan qoz-fındıqda qorxulu xəstəlik var - DƏHŞƏTLİ açıqlamalar

6-03-2018, 19:11 Yazar:  Gülnar Baxılıb: 169 Çap et
Azərbaycanda satılan qoz-fındıqda qorxulu xəstəlik var - DƏHŞƏTLİ açıqlamalar
Novruz bayramı ərəfəsində əhali bayram süfrəsi və şirniyyatlar üçün qoz, fındıq, badam almaq üçün bazarlara üz tutur. Qız-fındıq, ləpənin qiyməti cibimizə uyğun olmasa da, Novruza xatir bu ərzaqlardan az da olsa, almağa çalışırıq.

Azərbaycanda satılan qız-fındıqla bağlı əhali arasında müxtəlif məlumatlar yayılıb. İddialara görə, qoz və fındıqdan daha çox gəlir götürmək üçün istehsalçılar uzun illərdir ki, bir üsula əl atırlar. Belə ki, qız-fındığı yığandan sonra satışa verməzdən əvvəl uzun müddət nəm yerdə saxlayır, qurutmur, düzgün şəraitdə saxlamırlar. Nəticədə nəm ləpə çəkidə daha ağır gəlir və alıcını aldatmaqla bir kq qoz-fındıqdan daha çox gəlir əldə olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu faktı BakuPost-a təsdiqləyib. Bildirib ki, 4 il əvvəl məhz bu səbəbdən Avropa tonlarla Azərbaycan qozunu geri qaytarıb: "Çox təəssüf ki, bu məlumat doğrudur. Bizim sahibkarlar çox qazansınlar deyə milləti düşünmür. Yadımdadır, 4 il bundan əvvəl tonlarla Azərbaycan qoz-fındığını Avropaya buraxmadılar. Səbəb tərkibinin zərərli olması idi. Qoz-fındığımızın tərkibində aflotoksin adlı maddə çox idi. Aflotoksin çox zərərli göbələk növüdür”.

E. Hüseynov maraqlı bir məqama da diqqət çəkib: "Sual edirəm ki, Avropanın qəbul etməyib geri qaytardığı o qoz-fındıq necə oldu? Təbii ki, burada əhaliyə satıldı. Aflotoksin göbələyi ilə zəhərli qoz-fındıq və çərəzlər günü bu gün də bazarlardadır. Novruz bayramı ərəfəsində satışa çıxarılan bu qoz-fındığı yoxlayan qurum yoxdur. Azad bazar iqtisadiyyatıdır, istər kəndlisi, istər sahibkarı malını istədiyi kimi satır. Bazarlarda laborarotiya yoxdur”.

"Bəs şirniyyatları bişirərkən və yeyərkən bu zərərli maddədən necə qorunmaq olar” sualına mütəxəssis belə cavab verib: "Düşünürəm ki, qabıqlı qoz-fındıq və ləpəni alandan sonra qurutmaq artıq bir fayda verməz. Məsləhətlisi odur ki, ləpəni şirniyyatlarda istifadə etməzdən əvvəl yüksək temperaturda qovursunlar və qovrulmuş halda da yesinlər”

Azərbaycan Tibb jurnalının baş redaktor müavini Fuad İslamzadə isə Medicina.az-a açıqlamasında nəm şəraitdə saxlanılan qız-fındığın sağlamlıq üçün təhlükəli olduğunu deyib: "Düzgün qurudulmayan qoz-fındıq, araxisin tərkibində qaraciyər üçün zərərli, serroz, fibroz, qaraciyər xərçənginin yaranmasına səbəb olan aflotoksin adlı maddə yaranır. Bu maddə çox olduqda qız-fındığın dadı dəyişir, içərisində sarı rəngdə kif əmələ gəlir. Aflotoksinlər Avropadan üzü bəri, Şərqə doğru və Cənubi Qafqazda daha çox yayılıb. Bu ölkələrin əhalisinin qidasında qoz-fındıq daha çoxdur. Qoz-fındıqda təbiətən belə maddə olmur. Bu maddə məhz saxlanma şəraiti düzgün olmadıqda yaranır, yəni birbaşa insan müdaxiləsinin nəticəsidir. Ona görə qoz-fındıq alarkən ehtiyatlı olmaq lazımdır. Düzdür, bazarlarda ən tərifli qoza belə güvən yoxdur. Qoz-fındıq satanlar öz qazancına xatir insanlarımızın səhhətinə böyük zərbə vurur”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az