t s

» » İlham Əliyevin addımları İrəvanı çıxılmaz vəziyyətə saldı

İlham Əliyevin addımları İrəvanı çıxılmaz vəziyyətə saldı

4-03-2018, 23:02 Yazar:  Gülnar Baxılıb: 171 Çap et
İlham Əliyevin addımları İrəvanı çıxılmaz vəziyyətə saldı
Ermənistanın 2008-ci ildə tikintisinə başladığı Şimal-Cənub magistral yolu ölkə iqtisadiyyatının inkişafı üçün nəzərdə tutulmuşdu. Lakin zaman keçdikcə məlum oldu ki, bu yol nəinki iqtisadiyyatı inkişaf etdirməyəcək, əksinə, ona böyük zərbə vuracaq.

Bu fikirlər “Armtimes” saytında yer alıb. Sayt bildirir ki, İran ilə Ermənistanı birləşdirəcək yolun çəkilişi ilkin mərhələdə 962 milyon dollar həcmində qiymətləndirilirdi. Lakin yolun heç yarısı çəkilməmiş məlum oldu ki, bu layihənin reallaşması üçün 2 milyard dollar vəsait lazımdır. Sonra isə dünyada iqtisadi böhran baş verdi və yolun çəkilməsi üçün 3 milyard dollara ehtiyac olduğu ortaya çıxdı. Yolun çəkilişi üçün indiyədək xərclənən vəsaiti dövlət beynəlxalq banklardan kredit alaraq sərf edib. Yolun tamamlanması üçün yeni kreditlərin alınması planlaşdırılır.

Sayt yazır:

“Tutaq ki, hökumət kreditləri cəlb etməklə yolu tikib başa çatdırdı. Belə olan halda tikintiyə sərf olunan kredit hansı gəlirlər hesabına qaytarılacaq?”. Şimal-Cənub yolunun gəlir gətirilməsi gözlənilmir. Əvvəla İran bu layihəyə qoşulmaq üçün heç bir maraq göstərmir. Digər tərəfdən isə yolun beynəlxalq əhəmiyyəti demək olar ki, yoxdur. Beləliklə, aydın olur ki, hökumətin bu layihəsi iqtisadiyyatı dirçəltmək əvəzinə onu daha da pis vəziyyətə salacaq. Çünki alınan milyonlarla krediti faizi ilə birlikdə qaytarmaq lazım olacaq. Bu isə onsuz da yaxşı vəziyyətdə olmayan iqtisadiyyatı uçurumun kənarına gətirib çıxaracaq.

Ermənistan hökuməti elə zənn edirdi ki, Şimal-Cənub magistral avtomobil yolunu çəkməklə tranzit ölkə kimi Cənub–Şərqi Asiya respublikaları ilə Rusiya və Avropanın nəqliyyat baxımından birləşməsində aparıcı rol oynayacaq. Beləliklə də Ermənistan həm tranzit gəlirlər əldə edəcək, həm də siyasi zəmanət qazanacaq. Yəni, mallarını Ermənistan üzərindən daşıyan dövlətlər ölkədə ictimai-siyasi sabitliyin qorunmasında və Dağlıq Qarabağın işğal altında saxlanılmasında rəsmi İrəvanın mövqeyini müdafiə etmək məcburiyyətində olacaqlar.

Lakin Prezident İlham Əliyevin Azərbaycanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasına cəlb etməsi ilə Ermənistanın planı alt-üst oldu. Azərbaycanın coğrafi və geosiyasi mövqeyini olduqca düzgün qiymətləndirən Prezident İlham Əliyevin təklif etdiyi variant İran, Avropanı və Cənub-Şərqi Asiya dövlətlərini daha çax cəlb etdi. Prezident İlham Əliyev dünyanın iki böyük qitəsini birləşdirəcək nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçməsi ilə daşımaların tez və ucuz həyata keçirilməsini təklif etdi. Bundan başqa, malların və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunmasına zəmanət verdi. Azərbaycan öz iqtisadi potensialından istifadə edərək bu istiqamətdə böyük işlər gördü. Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti qısa zaman kəsiyində tikilərək istifadəyə verildi. İran Astarasında yük terminalının tikintisində fəal iştirak etdi və İrana Qəzvin-Rəşt dəmir yolunun Astara (İran) şəhərinə kimi çəkilməsi üçün 500 milyon dollar güzəştli kredit ayırdı. Yaxın gələcəkdə Hindistanın Mumbay limanından çıxan yük gəmiləri İranın Fars körfəzindəki Bəndər-Abbas limanına yan alacaq. Buradan isə yüklər Qəzvin-Rəşt-Astara dəmir yolu vasitəsi ilə Azərbaycan üzərindən keçməklə Rusiya və Avropa ölkələrinə daşınacaq.

Azərbaycan Prezidentinin təşəbbüsü İran və Rusiya ilə yanaşı, Avropa və Cənub-Şərqi Asiya dövlətləri tərəfindən də dəstəkləndi. Bununla da Azərbaycan 7 min 200 kilometrlik beynəlxalq nəqliyyat layihəsinin iştirakçısına və Asiya ilə Avropanı birləşdirən nəqliyyat məntəqəsinə çevrildi.

Martın sonunda İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. Səfər çərçivəsində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin rəsmi açılışı da gözlənilir. Bu açılışdan sonra Ermənistan İranın da iştirakını gözlədiyi Şimal-Cənub magistral yol çəkilişi layihəsini birdəfəlik dəfn edə bilər. Yaxşı olar ki, Ermənistan yolun çəkilişini yarımçıq saxlayıb (onsuzda yarımçıq qalıb) aldığı kreditləri qaytarmaq haqqında düşünsün.

Azərbaycan Prezidentinin strateji addımları Ermənistanı regionda həyata keçirilən bütün beynəlxalq iqtisadi layihələrdən kənarda saxlayıb. Ermənistan işğal siyasətinə son qoymayana qədər bu siyasət davam edəcək. Artıq Ermənistan çıxılmaz vəziyyətə düşüb. Əslində isə Ermənistanın vəziyyətdən çıxış yolu var. Bu yol Dağlıq Qarabağı işğaldan azad etmək və qonşulara ərazi iddialarına son qoymaqdan ibarətdir.Axar.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az