t s

» » Xalqxeber.az 6 yaşını qeyd edir

Xalqxeber.az 6 yaşını qeyd edir

4-03-2018, 22:21 Yazar:  Gülnar Baxılıb: 173 Çap et
Xalqxeber.az 6 yaşını qeyd edir
Xalqxeber.az informasiya portalının 6 yaşı tamam olur.

Azərbaycan dilində fəaliyyət göstərən sayt ötən 6 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

2012-ci ildə fəaliyyətə başlayan portal 6 il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.
Portalın baş redaktoru Peyman Sadıqov bildirib ki, informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: "Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq, biz ötən 6 il ərzində Xalqxeber.Az-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Xalqxeber.Az siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu mövqenin nəticəsidir ki, saytımıza baxış sayı dinamik olaraq artır, getdikcə daha geniş oxucu kütləsini cəlb edir. Media məkanında xəbərlərimizdən demək olar ki, hər gün bu və ya digər dərəcədə istifadə olunur. Həm ictimai-siyasi, həm sosial-iqtisadi, həm də dövrün tələbinə uyğun olaraq əyləncəli xəbərlərlə işləyirik. Aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq". Bu 6 ildə yeganə məqsədimiz oxucunu razı salmaq, yeganə meyarımız oxucu zövqü olub. Bir də, bir şeyi ürəklə deyə bilərik ki, sayt yarandığı gündən bugünədək oxucularımızın sayı qədər də dost qazanmışıq və bu, bizi məmnun edir".

Mediaxeberleri.az olaraq biz də həmkarlarımızı təbrik edir, daha böyük uğurlar azrulayırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:20 Xalqxeber.Az-ın 4 yaşı tamam olur Martın 7-də Xalqxeber.Az saytının 4 yaşı tamam olur. İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda bu xəbər portalı ötən 4 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biri ünvanını qoruyub saxlayır. Kərbəlayi Peyman Sadıqovun rəhbərlik
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
21:59 Xalqxeber.Az saytının 3 yaşı tamam olur Martın 7-də Xalqxeber.Az saytının 3 yaşı tamam olur. İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda bu xəbər portalı ötən 3 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biri ünvanını qoruyub saxlayır. Kərbəlayi Peyman Sadıqovun rəhbərlik

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az