t s

» » Şokolad və şərab virusları öldürür

Şokolad və şərab virusları öldürür

3-03-2018, 10:13 Yazar:  Gülnar Baxılıb: 173 Çap et
Şokolad və şərab virusları öldürürABŞ-ın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin alimləri üzüm və kakaonun tərkibindəki fenol birləşmənin-resveratrolun antivirus xüsusiyyətinə malik olduğunu müəyyən ediblər.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə “MedicalXpress” məlumat yayıb.

Tədqiqatçılar inək çiçəyi virusuna yoluxmuş insan hüceyrələrinə bu kimyəvi birləşməni yeridiblər. Məlum olub ki, hüceyrələrdə resveratrolun səviyyəsinin yüksək olması yoluxmanın ilkin mərhələlərində virusların çoxalmasının qarşısını alır.

Meymunlar üzərində aparılan tədqiqatlarda resveratrolun meymun və insanların yoluxduğu meymun çiçəyi virusu ilə mübarizədə effektiv vasitə olduğu aşkarlanıb. Bu virusa yoluxanların 10% aqibəti ölümlə nəticələnir.

2017-ci ilin noyabr ayında Britaniya Universitetinin tədqiqatçıları resveratrol maddəsinin mRNT (matriks ribonuklein turşular) prosesinin normallaşmasına, splaysinq faktorunun aktivliyinə təsir etdiyini müəyyən edib.

Bu hüceyrələrin cavanlaşmasına və ömürünün uzanmasına səbəb olur. Eyni zamanda, resveratrol maddəsi yağları əridir, ağ piy toxumasının orqanizm üçün faydalı qonur piy toxumasına çevrilməsinə imkan verir.

Resveratrol bir sıra bitkilərin parazitlər, bakteriya və göbələklərdən qorunmaq üçün ifraz etdiyi maddədir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
10:13 11 iyul Beynəlxalq Şokolad Günüdür - Şokalad haqqında bilmədikıləriniz.. Şokolad təkcə şirniyyat deyil, həm də şirin həyat simvoludur! Əks halda ona bir çox ölkələrdə abidə ucaltmazdılar. Mediaxeberleri.az xəbər verir ki, bəşəriyyət 11 iyul tarixini Beynəlxalq Şokolad Günü kimi bayram edir. Bu ləziz məhsula şənliklər təşkil etmək ideyası 90-cı illərin ortalarında
15:10 "Yerindən qopmaz" sayılan iki böyük vəzifəli şəxs kabinetinə vida deyəcək... - PROQNOZ Yeni ilə sayılı günlər qalıb. 2015-ci ilin sonunu ağır yaşasaq da, çoxumuz ümidimizi qarşıdan gələn 2016-ya bağlamışıq. Ümidimiz astroloqlara qalıb. Meymun ili bizə, dünyaya, ölkəmizə nə vəd edir? Nələr olacaq, nələr gözlənilir? Astroloq Səbuhi Rəhimli müsahibəsində gələn illə bağlı proqnozlarını
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az