t s

» » Yanan narkomanların ayaqları bağlı olub? – ŞOK ARAŞDIRMA

Yanan narkomanların ayaqları bağlı olub? – ŞOK ARAŞDIRMA

2-03-2018, 22:19 Yazar:  Əsmər Baxılıb: 585 Çap et
Yanan narkomanların ayaqları bağlı olub? – ŞOK ARAŞDIRMA
Xəbər verdiyimiz kimi 2018-ci il 2 mart saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.

Rəsmi məlumata görə, korpusda olan 55 nəfərdən 34-ü xilas edilmiş, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09.13-də yanğın söndürülüb.Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.

Femida.az məsələnin təhlükəsizlik qaydaları tərəfini araşdırıb.

Narkoloji Mərkəzdə təhlükəsizlik qaydaları necə təmin edilməlidir?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 132 nömrəli qərarı ilə Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi Qaydası müəyyən olunub.

Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirləri (müəssisələrdə işləyən tibbi heyətin və xəstələrin əlaqədə olan digər şəxslərin narkoloji xəstələr tərəfindən törədilə biləcək təhlükəli hərəkətlərdən mühafizəsi) həmin müəssisələrinin rəhbərliyi tərəfindən həyata keçirilir.

Qaydada qeyd olunur ki, narkoloji tibb müəssisələrində tətbiq edilən təhlükəsizlik tədbirləri həmin müəssisələrdə işləyən şəxslərin, müalicə olunan digər xəstələrin, bu xəstələrə baş çəkən şəxslərin ləyaqətinə xələl gətirməməli və onların hüquqlarını məhdudlaşdırmamalıdır.
Xəstə tibb müəssisəsinə daxil olduqda, palatada yerləşdirilməli və 3 gün müddətində ciddi nəzarət altında olmalıdır. Onun səhhəti həkim tərəfindən qiymətləndirilməli, daxili rejim və təhlükəsizlik qaydaları ilə xəstə tanış edilməli və bu qaydalara riayət edilməsi barədə ondan yazılı iltizam alınmalıdır.

Mərkəzdə müalicə alan şəxslərin ayaqları bağlana bilərmi?

Femida.az bununla bağlı araşdırma aparıb. Məlum olur ki, mərkəzdə müalicə alan şəxslər güclü ağrılardan xilas olmaq və müalicə olunmaq məqsədi ilə müəyyən dərman vasitələri qəbul edir.

Yanan narkomanların ayaqları bağlı olub? – ŞOK ARAŞDIRMA


Mövzu ilə bağlı saytımıza açıqlama verən narkotik vasitələrlə mübarizə sahəsi üzrə ekspert bildirib ki, həmin dərman vasitələri şəxsləri dərin yuxuya və halsız vəziyyətə də gətirə bilər.Həmçinin digər şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə mərkəzdə müalicə alan şəxslərin çarpayıya müəyyən vasitələrlə bərkidilməsi halları mümkündür.Ehtimal olunur ki, onların müalicəsində bu üsuldan istifadə olunsun.

“Psixotrop dərmanları onlara verməklə “lomkadan” çıxarırlar. Bu onların ağrısını azaldır. Həmin dərmanlar xəstələri yuxuya da apara və hərəkətlərində müəyyən ləngimə müşahidə oluna bilər”, deyə ekspert bildirib.

Qanunda bununla bağlı məsələyə də aydınlıq gətirilib. Alkoqol və ya intoksikasion psixozlu xəstələrdə düşüncə pozuntuları olduğu halda, onun sağlamlığını qorumaq məqsədi ilə yataqda fiksə edilə bilər.

Təhlükəsizliyə məsul şəxslər kimdir?

Narkoloji tibb müəssisələrində daxili rejimə və təhlükəsizlik tədbirlərinə əməl olunmasına bölmə rəhbəri, növbətçi həkim və növbətçi tibb personalı cavabdehlik və məsuliyyət daşıyırlar.

Yetkinlik yaşına çatmamış narkoloji xəstələr, habelə özlərinin və ətrafdakı şəxslərin səhhəti və həyatı üçün təhlükə yaradan narkoloji xəstələr digər xəstələrdən ayrı yerləşdirilirlər.
Məlumat üçün bildirək ki, Respublika Narkoloji Dispanseri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20.08.1986-cı il tarixli 269 saylı əmri əsasında yaradılıb.

Respublika Narkoloji Mərkəzi narkoloji xidmət sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində müvafiq işlər görür.

Mərkəz “Narkoloji xidmət və nəzarət haqqında”, “Narkotik vasitələrinin, psixotrop maddələrinin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu, Nazirlər Kabinetinin qərarları və Səhiyyə Nazirliyi tərəfindən verilmiş müvafiq əmr və sərəncamlar əsasında işini qurur.
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Respublika Narkoloji Mərkəzinin keçmiş direktoruna qarşı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb və o, tutduğu vəzifədən azad olunub. Bundan sonra isə həmin vəzifəyə Telman Məmmədhəsənov təyin edilib.

Xatırladaq ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovdur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az